Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Azərbaycan müdafiə naziri Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnicky ilə görüşüb.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi və təhlükəsizlik məsələləri müzakirə olunub.

Z.Həsənov oktyabrın 18-dən Çexiyada səfərdədir. O, bu ölkəyə «Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016»da iştirak etmək məqsədi ilə gedib.

Həmin sərgiyə 60 ölkədən 1200-dən artıq nümayəndənin qatıldığı bildirilir. Orda Çexiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Avstraliya, Norveç, İsrail və bir sıra digər ölkələrin hərbi sənaye kompleksinə daxil olan 200-dən artıq şirkətin məhsulları nümayiş etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG