Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Azərbaycan paytaxtında yerləşən Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.

Xəbəri «Report» yayıb.

Prezident İlham Əliyev forumda iştirak edir. Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən siyasət, elm və mədəniyyət elitasının görkəmli nümayəndələrinin iştirakı ilə 6 dəyirmi masa keçiriləcək.

Foruma ISESCO və UNESCO-nun rəsmiləri qatılıblar.

Forum çərçivəsində iştirakçılar müxtəlif mövzularda fikir mübadiləsi aparacaqlar.

Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli müzakirələr aparmaq məqsədilə hər il keçirilən tədbirdir. 2010-cu ildən keçirilən forumun təşəbbüsçüləri Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın ozamankı dövlət başçısı Dmitry Medvedev olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG