Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:21

Əfqanıstan Azərbaycanın "ASAN Xidmətini" seçir


Bakıda ASAN Xidmət
Bakıda ASAN Xidmət

Əfqanıstan "ASAN Xidmət" modelini seçib, tətbiq etmək istəyir. İyulun 12-də Əfqanıstan Prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Respublikasının Maliyyə Nazirliyi arasında imzalanıb. Memorandumun məqsədi Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir.

İmzalanma mərasimində Əfqanıstanın nazirləri, millət vəkilləri və digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Mərasimdən sonra mətbuat konfransı keçirilib. Dövlət Agentliyinin sədri İ.Kərimov Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb, “ASAN xidmət”in fəaliyyətindən bəhs edib.

Əfqanıstanın maliyyə naziri E.Hakimi dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirib və növbəti illərdə onun uğurla tətbiqinə əminliyini ifadə edib.

XS
SM
MD
LG