Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:27

'Əlinə nəsə keçsə, çapıb talayıb, çıxıb gedəcək'


Bakı avqust 2013
Bakı avqust 2013

-

Rusiya prezidenti Vladiir Putinin avqustda Bakiya gələcəyi bildirilir. Ola bilərmi ki, Qarabağ məsələsində böyük irliləyiş olsun? Bunun Azərbaycan üçün iqtisadi qiyməti, haqqı nə olacaq?

Putinin Bakı səfərinin Azərbaycan üçün hansı siyasi, iqtisadi nəticələri ola bilər?

QARABAĞLA ƏLAQƏDAR DEYİL

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu səfərdə əsas müzakirə olunacaq mövzu Şimal-Cənub dəhlizi layihəsi olacaq:

Elxhan Şahinoğlu
Elxhan Şahinoğlu

“Rusiya prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana planlaşdırılan səfəri Qarabağla bağlı deyil. Çünki İran prezidenti də avqust ayında Bakıya gələcək, üçtərəfli əməkdaşlıq və əsasən də Şimal-cənub dəhlizi müzakirə olunacaq. Düzdür prezident İlham Əliyev ayrı-ayrılıqda həm Rusiya, həm də İran prezidentləri ilə görüşəcək.

Ola bilsin Dağlıq Qarabağla bağlı Putinlə qısa bir fikir mübadiləsi olsun. Amma Sankt-Peterburq görüşündən qısa bir müddət keçib. Rusiyanın hazırda konkret bir planı da yoxdur. Belə bir sənəd ortada yoxdur. İndi iki tərəf arasında balans axtarmağa çalışır Rusiya. Bu da indiki məqamda mümkün deyil. Çünki Azərbaycanın, Ermənistanın mövqeləri bir-birindən xeyli fərqlənir. Ona görə də Putinin səfəri zamanı daha çox ikitərəfli əməkdaşlıq və Şimal-Cənub dəhlizi layihəsindən danışılacaq”.

AZƏRBAYCANIN GƏLƏCƏYİ

Siyasi şərhçi Azər Qasımlı hesab edir ki, Rusiya prezidentinin Bakıya planlaşdırılan səfərində əsas məqsəd Azərbaycanın gələcəyi ilə bağlı strateji qərarını müzakirə etməkdir:

Azər Qasımlı
Azər Qasımlı

“Sözün açığı bu səfər bir çox şəhçilər üçün çox gözlənilməz oldu. Və böyük ehtimal Putinin Bakı səfəri zamanı ilk növbədə Qarabağ mövzusu müzakirə olunacaq. Çünki aprel döyüşlərindən sonra Qarabağ mövzusu ətrafında həssas bir məqam yaranıb. Sonra Vyanada, Sankt-Peterburqda görüşlər oldu. Putinin gəlişini də müəyyən mənada apreldəki situasiyadan sonra danışıqların davamı kimi dəyərləndirmək olar. Amma düşünürəm ki, burda yalnız Qarabağ məsələsi deyil, o cümlədən bölgənin təhlükəsizliyi məsələsi, inteqrasiya prosesləri, Azərbaycanın xarici siyasətinsə strateji xəttlərin müəyyən olunması müzakirə olunacaq.

Və əslində Cənubi Qafqazda çox maraqlı situasiya yaranıb. Purin Azərbaycana gəlir, Con Kerri isə Gürcüstana səfər edir. Çox önəmli sazişlər imzalayır gürcüstan tərəfi ilə. Və ilk növbədə də bu sazişlər gürcüstanın təhlükəsizliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağa yönəlmiş sazişlərdir. Görünən də odur ki, Gürcüstanı irəlidə NATO-ya üzvlüyə və ya sıx inteqrasiyaya hazırlayırlar. Yəni Gürcüstan öz qərarını artıq verib. Yəni Avroatlantik və Atlantik məkana inteqrasiya qərarıdır. Azərbaycan isə tam əksinə. Görünən odur ki, Rusiyanın təsiri Azərbaycana daha çoxdur. Azərbaycan rəhbərliyi də Gürcüstan rəhbərliyindən fərqli olaraq tam əks bir istiqaməti götürüb. Bu daha çox Rusiyaya meyllilik, bağlılıqdır. Putinin də gəlişi məhz hesab edirəm ki, bu məsələlərlə bağlıdır”.

HEÇ NƏ OLAN DEYİL

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Siyasi şərhçi Zərdüşt Əlizadə isə məsələni daha kəskin qoyur. O bildirir ki, Putinin səfərində məqsəd Azərbaycanı təftiş etməkdir:

“Putinin gəlişindən heç bir şey gözləmək lazım deyil. Azərbaycan Rusiya münasibətlərinin parametrləri bəllidir. İqtisadi fəaliyyət də bəllidir. Biz onlardan silah, ərzaq alırıq. Və demək olar ki, heç nə satmırıq. Ticarət dövriyyəsi kritik dərəcədə azalıb. Bu da ümumi böhranla əlaqədardır. Azərbaycanın pulu azalıb.

Zərdüşt Əlizadə :"Heç nə gözləmək lazım deyil..."
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00
Direct-ə keçid

Qarabağ məsələsində də heç bir yenilik gözləmək lazım deyil. Rusiyanın mövqeyi aydındır. Qarabağ münaqişəsini dondurub, Ermənistanı da, Azərbaycanı da asılılıqda saxlamaq. İstəmir ki, Qarabağ məsələsi həll olunsun. Dövlət kimi heç bir dövlətə örnək ola bilməz. Nə insan haqqları, nə dövlət qulluğu, nə vətəndaşların rifahı, nə mədəniyyəti baxımından. Gəlir görsün ki, bundan asılı dövlətdə hər şey yaxşıdırmı?. Yaxşıdırsa, əlinə nəsə keçsə, çapıb talayıb, çıxıb gedəcək. Bundan heç bir yaxşı şey gözləmək olmaz. Rusiya gələcək baxımından aşa-aşa, üzüaşağı gedir”.

Buna da bax: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında- 7 iyul

Gürcüstan hələ də beynəlxalq uçuşlar üçün daha sərfəlidir

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG