Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:43

-

Rusiyadan Türkiyəyə turpaketlərin bərpa olunduğu son 3 gün ərzində Türkiyə yenə rusiyalıların ən çox üz tutduğu ölkəyə çevrilib. Bu barədə bazar ertəsi “Kommersant” qəzeti yazıb.

Məlumata görə, satılan turların 35 faizə yaxını Türkiyə kurortlarının payına düşür.

Rusiya Turoperatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze iyulun 2-də RİA Novosti agentliyinə demişdi ki, Türkiyəyə turpaketlərə tələb təklifdən 10 dəfə yüksəkdir.

Turoperatorlar çarter proqramını bərpa etməyə hazır olduqlarını bildiriblər. Ancaq buna rəsmi icazə lazımdır.

Turizm sahəsində əməkdaşlığın bərpası və ticari-iqtisadi münasibətlərin normallaşması barədə qərar iki ölkə prezidentinin iyunun 29-da telefon söhbətindən sonra verilib.

Ötən ilin noyabrında Türkiyə Suriya ilə sərhədində Rusiya təyyarəsini vurandan bəri münasibətlər pisləşmişdi.

XS
SM
MD
LG