Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:56

Obama və Putin Dağlıq Qarabağdan danışıb


Putin\Obama
Putin\Obama

ABŞ prezidenti Barack Obama və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Telefon danışığında Dağlıq Qarabağ, Suriya və Ukrayna məsələlərinin müzakirə edildiyi bildirilir.

«Amerikanın Səsi»nin Ağ Evdən əldə etdiyi məlumata görə, Barack Obama telefon danışığı zamanı Vladimir Putin-in ötən ayın 20-də Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli səylərinə dair görüşünü gündəmə gətirib.

Xəbərdə qeyd edilir ki, Obama Putin-ə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həll yolunun tapılmasından ötrü ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq Rusiya və Fransa ilə birlikdə səylərini artırmağa hazır olduğunu bildirib.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı bəyanatda qeyd edilib ki, prezidentlər sülh danışıqlarına bir daha sadiq olduqlarını bildiriblər.

İyunun 20-də isə Azərbaycan və Ermənistan dövlət başçıları Rusiya prezidenti Vladimir Putin-in iştirakı ilə Sankt-Peterburqda görüşərək danışıqları davam etdiriblər.

ATƏT-in Minsk qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG