Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:12

Kerry Əliyev və Sarkisianla telefon söhbəti edib


Dövlət Departamenti bildirir ki, cənab Kerry Serj Sarkisianı və İlham Əliyevi Dağlıq Qarabağda “gərginlikdən yayınmağa” çağırıb.

ABŞ dövlət katibi John Kerry Ermənistan və Azərbaycan prezidentləri ilə telefon söhbətində olub.

RİA agentliyi Dövlət Departamentinə istinadən bildirir ki, cənab Kerry Serj Sarkisianı və İlham Əliyevi Dağlıq Qarabağda “gərginlikdən yayınmağa” çağırıb.

Cənab Kerry razılıq hissi ilə bildirib ki, son həftələrdə Dağlıq Qarabağda atəşkəs rejiminə əsasən riayət edilir və bu, danışıqların davam etdirilməsi üçün yaxşı zəmin yaradır.

Xəbərdə deyilir ki, dövlət katibi prezidentlərlə ayrıca apardığı söhbətlərində ABŞ-ın “hərtərəfli tənzimləmə” prosesinə töhfə verməkdə davam edəcəyini bildirib və tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində dialoqun davam etdirilməsinə çağırıb.

Putin də Hollande-la danışıb

Ötən apreldə Dağlıq Qarabağda təmas xətti boyunca yaşanmış toqquşma və gərginlikdən sonra, Azərbaycan və Ermənistan prezidentləri Vyanada Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşüblər.

Daha bir görüş Vladimir Putinin təşəbbüsü ilə Sankt Peterburqda olub.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Əliyev və Sarkisian arasında daha bir görüşün Parisdə keçiriləcəyini bəyan etmişdi.

Rusiyanın Rossia 24 telekanalının verdiyi xəbərə görə Rusiya prezidenti Vladimir Putin cümə axşamı fransalı həmkarı Francois Hollande-la telefon söhbəti edib.

Bu söhbətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin müzakirə olunduğu xəbər verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG