Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:49

Memar-dizayner məhbəsdən yazır: «MTN-də 300 min manat istədilər»


Muxtar Vəliyev
Muxtar Vəliyev

-

«Mənə dəstək olun. Dəstək olun ki, məmur özbaşınalığına, ədalətsizliyə qarşı birlikdə döyüşək. Şəxsi maraqlarını dövlətdən və xalqdan üstün tutan məmurların qanunsuz əməllərinə son qoyaq».

Bakının və yaşadığı Sumqayıtın irili-xırdalı onlarla memarlıq layihələrinə imza atmış 35 yaşlı memar-dizayner Muxtar Vəliyev AzadlıqRadiosuna 10 saylı cəzaçəkmə müəssisəsindən yazır. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il əvvəl dələduzluqda təqsirli bilərək 13 illik həbsə məhkum edib.

«RÜŞVƏT TƏLƏBLƏRİ ARTDI»

Babası və atası da memar olan Muxtar Vəliyev 25 yaşından bir çox dövlət əhəmiyyətli layihələrə qol qoyub. Şirkət yaradıb, Avropada təhsil almış, inşaat və memarlıq sahəsində xüsusi təkmilləşmə kursları keçmiş gənc memarları şirkətə cəlb edib. Sumqayıtdakı Heydər Əliyev Muzeyinin, Tarix muzeyinin, Dənizkənarı Parkın, MTN-nin yerli şöbəsinin inzibati binasının rekonstruksiya və dizayn layihələrini gerçəkləşdirib. Habelə, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən Bakı Rəssamlar İttifaqının və onlarla belə binaların layihəsini hazırlayıb. Yazır ki, sahibi olduğu şirkətin layihələri beynəlxalq sərgilərdə uğurlar qazanıb. Şirkətin işlərini genişləndirdikcə, sifarişlər, uğurlar artdıqca, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin işçilərinin də diqqətini cəlb etməyə başlayıb və...

Məhbusun məktubundan: «... Biz nailiyyətlərimizlə onların özbaşınalığının, korrupsioner maraqlarının qurbanına çevrildik. Sifarişlərimiz artdıqca, MTN işçilərinin ağlasığmaz rüşvət tələbləri, həyatımıza təhdidləri, hədə-qorxuları da artdı...».

QAZANCIN YARISINI FONDA KÖÇÜRÜB

Muxtar Vəliyev yazır ki, Heydər Əliyev Fondunun sifarişini yerinə yetirdikdən sonra həyatı alt-üst olub və həbsə atılıb:

«Fondun sifarişi ilə Rəssamlar İttifaqının inzibati binasının və sərgi salonunun rekonstruksiya və dizayn layihəsini həyata keçirdik. Bundan az sonra – təqribən 2009-cu ilin fevral-mart aylarında rəhbəri olduğum «Master Dizayn» şirkətinə özlərini Heydər Əliyev Fondunun məsul əməkdaşları kimi təqdim edən şəxslər və Fondun həyata keçirdiyi layihələrin inşası üçün tender qalibi olmuş tanınmış iş adamları gəldi. Onların arasında bir neçə nəfər özünü Fondun əməkdaşı kimi təqdim etdi. Məsələn, Mehriban Əliyevanın vəkili Kamil Seyidov, Fondun Protokol Şöbəsinin əməkdaşı və Mehriban xanımın müşaviri Anar Abbasov, üzərində «polkovnik» rütbəsini əks etdirən xüsusi geyimdə olan Fondun Təhlükəsizlik və Nəzarət Xidmətinin rəisi Arif Hüseynov, onun köməkçisi adıyla Rövşən Rəhimov... Onlar Fondun xətti ilə həyata keçirdiyimiz Bakı Rəssamlar İttifaqının dizayn və rekonstruksiya işimizi bəyəndiklərini, Mehriban Əliyevanın bizimlə daha iri layihələrdə əməkdaşlığı davam etdirmək istəyini bildirdilər. Biz də bunu özümüzə şərəf hesab etdik, əməkdaşlığa hazır olduğumuzu dedik».

Muxtar Vəliyev məktubuna davam edir. Yazır ki, bir müddət sonra Fondun tenderlərinin qalibi olaraq məktəb, universitet binaları, idman və olimpiya kompleksləri tikintisini həyata keçirən şirkət rəhbərləri ofisə gəliblər. Ona Fondun vəsiqələrini, rəsmi sənədlərini, blanklarını, Mehriban Əliyevanın imzası və Fondun möhürü ilə təsdiqlənmiş tender müqavilələrini, Fondun gələcəkdə həyata keçirəcəyi proqramların layihələrini təqdim ediblər. Həmin adamlar onunla Fondun adından müqavilələr bağlayıblar. Hər dəfə ofisə gələndə, Mehriban Əliyevanın təşəkkürlərini çatdırıblar. Qarşısına qoyulan şərtə uyğun olaraq, o, Fondun xətti ilə gördüyü işlərə görə əldə etdiyi qazancın tam yarısını müqavilələr əsasında Fonda ianə olaraq köçürüb.

«300 MİN GƏTİRMƏYİ UNUTMA»

Bu əməkdaşlıq 2009-cu il dekabrın 5-dək – ta ki ofisə maskalı və silahlıların basqınınadək davam edib:

Sabahı gün bir nəfər mənə zəng vuraraq MTN-nin İlqar adlı işçisi olduğunu dedi və məni MTN-ə dəvət etdi. Sağollaşanda isə dedi ki, «gələndə 300 min manat gətirməyi unutma». Mən səbəbi ilə maraqlananda, «məbləğ vaxtında çatdırılmasa, ailəndən və özündən küs» dedi...

«Milli Təhlükəsizlik Nazirliyinin bir dəstə əməliyyatçısı tam silahlanmış şəkildə ofisə basqın etdi. Məni otağımda hədələyərək Heydər Əliyev Fondu ilə bağlanmış ianə köçürmələrinə, layihələrə görə müqavilələri, digər sənədləri, görüşlərin video və audioları yazılmış diskləri – bir sözlə, Fondla bağlı nə vardısa, ən xırda kağıza qədər hər şeyi götürdülər. Sabahı gün bir nəfər mənə zəng vuraraq MTN-nin İlqar adlı işçisi olduğunu dedi və məni MTN-ə dəvət etdi. Sağollaşanda isə dedi ki, «gələndə 300 min manat gətirməyi unutma». Mən səbəbi ilə maraqlananda, «məbləğ vaxtında çatdırılmasa, ailəndən və özündən küs» dedi».

Muxtar Vəliyev yazır ki, dekabrın 7-də MTN-nin binasının qarşısına gedərək bir gün əvvəl onu oraya dəvət etmiş İlqar adlı şəxsə zəng vurub:

«Gəlib məni binanın girişində yerləşən ikimərtəbəli binaya apardı. Orda idmançı görkəmli 4 nəfər vardı. Məndən mehribancasına 350 mini gətirib-gətirmədiyimi soruşdular. Dedim ki, «əvvəl aydınlaşdırmaq istəyirəm – pulu sizə niyə verməliyəm?». Bu sualımdan sonra mehribancasına davranışlarından əsər-əlamət qalmadı. Dedilər, «lazım olan yerdə başa salarlar». Elə oradaca qollarımı qandalladılar, başıma torba keçirdilər. Yerə yıxıb təpiklədilər, şərəf və ləyaqətimi alçaldan hərəkətlər etdilər. Sonra da sürüyüb başqa bir otağa apardılar. Qandalı, torbanı çıxartdılar, gözümü açanda, qarşımda sonradan tanıdığım müstəntiq Elşən Murtuzovu gördüm. Qarşıma qələm, kağız qoydu, dedi, «nə desəm, onu yazacaqsan».

«BAŞIMA O QƏDƏR TƏPİK DƏYMİŞDİ Kİ»

Elə oradaca qollarımı qandalladılar, başıma torba keçirdilər. Yerə yıxıb təpiklədilər, şərəf və ləyaqətimi alçaldan hərəkətlər etdilər. Sonra da sürüyüb başqa bir otağa apardılar...

Daha sonra MTN zirzəmisində saxlanılarkən 1 il 3 ay ərzində gördüyü işgəncələrdən yazır: «Hər dəfə mən müstəntiqin istəyini gerçəkləşdirib təqdim etdiyi kağızlara imza atmadıqca, işgəncələr də artırdı. Hər dəfə məni döyənlərə «yaxşı işləməmisiz» deyib təkrar işgəncə vermələrini tapşırırdı. Barmaqlarım sındırılmışdı, böyrəklərim təpik zərbələrindən bu günədək mənə əziyyət verir. Başıma o qədər təpik dəymişdi ki, başağrısından hələ də qurtula bilmirəm. Bunun üstünə psixoloji işgəncələri də gələndə...».

Muxtar Vəliyev qeyd edir ki, günahsızlığını sübut edəcək audio, videoyazılar, sənədlər müstəntiq tərəfindən məhv edilib. Üzərinə vurulmuş «dələduz» möhürünü qəbul etməyərək Kürdəxanı təcridxanasında qollarının damarlarını kəsməklə intihara cəhd edib. Cərrahiyə müdaxiləsi nəticəsində sağ qalıb. Uzun müddət Penitensiar Xidmətin Müalicə Mərkəzinin Psixiatriya Şöbəsində ciddi həkim nəzarətində saxlanılıb.

Lakin MTN istintaq idarəsi hesab edib ki, Muxtar Vəliyev cinayət törədib. Heydər Əliyev Fondu adından onunla işbirliyinə girənlər də istintaqın və məhkəmənin qənaətinə görə, Fondun adından dələduzluq ediblər.

11 NƏFƏR HƏBS EDİLİB

MTN eyni ittihamla 11 nəfəri həbs edib. Heydər Əliyev Fondunun adından istifadə edən dəstənin başçısı kimi təqdim olunan Kamil Seyidov həbsxanada vəfat edib. Digərləri isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2011-ci ilin iyul ayında məhkum olunublar.

İttihama görə, Muxtar Vəliyev də daxil olmaqla təqsirləndirilən şəxslər Heydər Əliyev Fondunun adından yararlanaraq Bakıdakı iri tikinti şirkətlərinin rəhbərlərini aldadıblar. Fondun adından layihələr təqdim edərək həmin şirkətlərin layihələrdə iştirakı üçün onlardan külli məbləğdə pul alıblar.

Heydər Əliyev Fondu isə istintaqa bu adda əməkdaşlarının olmadığını bildirib.

Şirkət rəhbərləri istintaq orqanı tərəfindən zərərçəkmiş kimi tanınıblar. Onlar ifadələrində göstəriblər ki, dəstə üzvləri özlərini Heydər Əliyev Fondunun nümayəndələri kimi təqdim ediblər. Fondun inşa etdirmək istədiyi məktəblərin, uşaq bağçalarının, idman komplekslərinin tikintisinə görə tenderdə qalib olmaqdan ötrü onlardan külli miqdarda pul alıblar. Ancaq sonradan şirkət rəhbərləri aldadıldıqlarını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Həmçinin bax - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

XS
SM
MD
LG