Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:39

H.Əliyev Fondu Vatikandakı sərdabəni təmir etdirdi


H.Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikanda təmir işiylə bağlı saziş bağlayarkən. (Arxiv)

H.Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikanda təmir işiylə bağlı saziş bağlayarkən. (Arxiv)

►Bu sərdabələrdə kilsənin müqəddəs elan etdiyi insanlar dəfn edilib

“Bu günlərdə qapıları ictimaiyyətin üzünə açılan məşhur Müqəddəs Marçellinio və Pietro yeraltı sərdabəsindəki freskalar əvvəlki möhtəşəm görkəminə qayıdıb. Bu qədim şedevrlərin bərpası üçün xərcləri Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb”.

“Vatikan radiosu”nun saytında dərc olunan məqalədə belə deyilir.

Məqalədə qeyd edilir ki, Vatikanınla Azərbaycan arasında əməkdaşlıq geniş spektri əhatə edir. Vatikanın Mədəniyyət üzrə Ruhani Şurasının sədri kardinal Canfranko Ravazi deyir ki, bərpa ilə bağlı müştərək işlər əsasən müqəddəs Marçellinio, Pietro və Sebastian yeraltı sərdabələrində cəmləşib. Heydər Əliyev Fondunun və xüsusən onun prezidentinin fəaliyyəti Vatikan Apostol Kitabxanasını da əhatə edib. Orada saxlanılan Azərbaycan əlyazmalarının bir çoxu bərpa olunub. Vatikan muzeylərində isə Yupiterin əzəmətli heykəlinin bərpası üzrə işlər başlanıb...

Məqalədə deylir ki, bərpa olunan yeraltı sərdabələr möhtəşəm yeraltı rəsm qalereyasıdır. Romada uzunluğuna görə üçüncü yeri tutan bu yeraltı sərdabələrin ümumi sahəsi 18 min kvadratmetrdən çoxdur.

Heydər Əliyev Fondu bu işləri 2012-ci ildə imzalanan sazişə uyğun olaraq maliyyələşdirib.

Vatikanla Azərbaycan arasında əməkdaşlıq başqa mühüm layihələr çərçivəsində də davam etdiriləcək.

Fevralın 23-də qədim Alliya yolu üzərində divarların xaricində yerləşən monumental Müqəddəs Sebastian kompleksindəki əsərlərin bərpası haqqında saziş imzalanıb. Bu sazişdə qədim sərdabələrın müstəsna kolleksiyasının bərpası da nəzərdə tutulub.

Müqəddəs Marçellino və Pietro sərdabəsi

Müqəddəs Marçellino və Pietro sərdabəsi

Sərdabədə dəfn (rəsm, 19-cu əsr)

Sərdabədə dəfn (rəsm, 19-cu əsr)

​​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG