Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:17

Mehriban Əliyeva: «Biz qarşımıza bir məqsəd qoymuşduq...»


“Azerbaijan in Cannes” Mədəniyyət günləri
“Azerbaijan in Cannes” Mədəniyyət günləri
-

«2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq - doğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq».

Bunu Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü ilə əlaqədar Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyeva «Milli Məclis» jurnalına müsahibəsində deyib.
Ilham Əliyev və Mehriban Əliyeva Parisin Luvr müzeyində
Ilham Əliyev və Mehriban Əliyeva Parisin Luvr müzeyində
Birinci xanım Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin nəticələri barədə danışıb: «Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır. Humanizm ideallarına arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır».

Birinci xanım qeyd edib ki, Fond ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqların təmir-bərpasından yaxından iştirak edir. O cümlədən «Fond Versal Sarayının parkındakı tarixi abidələrin, Luvr Muzeyinin, İkinci Dünya müharibəsində dağılmış Berlin qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının, Kapitolinin Muzeyinin Filosoflar zalının bərpa olunmasına kömək edib».

Mətbuatın çoxsaylı sorğularına baxmayaraq, bu günə qədər Heydər Əliyev Fondunun maliyyə mənbələri barədə hər hansı bir məlumat verilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG