Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:11

-

2015-ci ildə Bakı şəhərində adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin sayı azalıb. Bu haqda Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov idarədə keçirilən müşavirədə məlumat verib (APA).

Polis rəisinin bildirdiyinə görə, 2014-cü illə müqayisədə adam öldürmələr 16,5 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri isə 19 faiz azalıb. Ötən il ərzində Bakıda soyğunçuluq və quldurluq cinayəti törətmiş 129, eləcə də mənzillərdən oğurluq edən 105 nəfər ifşa olunub.

Polis rəisi deyib ki, ağır cinayət növlərinin 76,7, qeyri-aşkar şəraitdə baş verən cinayətlərinsə 62,7 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə cinayətlərin 94, qəsdən adam öldürmələrin 98,7, adam öldürməyə cəhdlərinsə 96,7 faizinin üstü açılıb. Onun bildirdiyinə görə, cinayətlərin üstünün açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG