Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:08

Ukrayna “vizasız plan"a yaxınlaşır


Kiyevdə parlament binası qarşısında etiraz aksiyası keçirən LGBT fəalı

Kiyevdə parlament binası qarşısında etiraz aksiyası keçirən LGBT fəalı

Ukrayna Ali Radası noyabrın 12-də “vizasız paket” (ukraynalıların Avropaya Şengen vizası olmadan getmələrini mümkün edən və parlamentin qəbul etdiyi sənədlər toplusu) adlandırılan qanunlar toplusundan sonuncu qanunu nəhayət ki, qəbul etdi. Qəbul edilən qanun əmək məcəlləsinə edilən dəyişiklik seksual oriyentasiya və cinsə görə diskriminasiyanı qadağan edir.

Sözügedən qanunu səsə qoymaq beşinci cəhddə mümkün oldu. Amma Avropanın ukraynalıların üzünə qapını açması üçün Ali Rada hələ bir çox başqa qanunlar da qəbul etməlidir. Ona görə də, qəbul edilən qanun bu yolda vacib olsa da, hələ son deyil.

Avropaya viza almağı ləğv etmək üçün fəlaiyyət planını reallaşdırmağa Kiyev hələ avqustdan start götürüb. Avropalı diplomatların tələbinə görə, bunun üçün tamamilə antikorrupsiya qanunları, yeni Əmək məcəlləsi və qanunu, o cümlədən, miqrasiya ilə bağlı qanunlar qəbul olunmalıdır.

13 belə tələbdən ukraynalı deputatlar hələ ki beşini icra ediblər. Parlamentdə prezident fraksiyasını təmsil edən Yegor Firsov əmindir ki, öz təklifləri ilə Avropa ukraynalı siyasətçiləri sınağa çəkir:

“Avropa bizimlə belə bir dildə danışır: “Dostlar, sizdə korrupsiya var, biz bilmək istyirik ki, siz qaçqınlarla bağlı problemi necə həll edirsiz, seksual azlıqları təhqir etmirsiz ki?”.

LGBT VƏ FƏALLARIN ETİRAZLARINDAN SONRA....

Əmək diskriminasiyası məsələsi deputatlar üçün bir əngələ çevrilmişdi. Səkkiz Avropa ölkəsinin tələbinə görə, Əmək məcəlləsinə düzəliş istənilən ayrı-seçkiliyi – irqi, yaş, sağlamlıq vəziyyəti və ya seksual ayrı-seçkiliyi qadağan edir. Məhz sonuncu məsələyə görə, iki həftə idi ki, deputatlar sözügedən qanunu qəbul edə bilmirdilər. Buna görə LGBT üzvləri və fəallar bir neçə etiraz aksiyası keçirməli olublar.

Uzun çək-çevirdən sonra deputatlar nəhayət ki, qanunu qəbul etdilər.

“Biz hesab edirik ki, indiki dəyişiklikdən sonra istər işə qəbulda, istərsə də işdən çıxarılmada heç bir ayrı-seçkiliyə yol verilməyəcək” – sözügedən qanunun leyihə səs vermiş millət vəkili Sergey Sobolev belə deyir.

Digər millət vəkili Andrey İlenko isə qanunun əleyhinə səs verənlərdəndir.

“Bir millət vəkili kimi mənə hələ heç kəs deməyib və ümumiyyətlə belə bir şey eşitməmişəm ki, bu vaxta kimi kimsə seksual azlıqdan olduğuna görə işə götürülməyib. Bizin ölkə Konstitusiyamız, işlək Əmək kodeksimiz var və bunların hər birində açıq-aydın göstyərilir ki, ayrı-seçkilik qadağandır” – deyə İlenko qeyd edir.

“QANUNU HƏLƏ REALLAŞDIRMAQ LAZIMDIR”

Petro Poroshenkonun blokundan olan deputat Ruslan Solvar isə hesab edir ki, qanunun qəbulu hələ problemin həlli deyil:

“Qanunu hələ reallaşdırmaq gərəkdir, islahatlar həyata keçirilməlidir. Qanunlar sadəcə əməl olunmalı şeyləri göstərir, hələ onlara əməl də etmək lazımdır”

Bəs ümumiyyətlə vizasız rejim məsələsi ilə Ukrayna indimi məşğul olmalıdır? “Nastoyaşie Vremya” bu sualla paytaxt sakinlərinə üz tutub. Fikirlər fərqlidir:

“Bu məsələni tezliklə yoluna qoymaq lazımdır, siyasətbazlığı kənara qoyub parlamentdə ciddi işlərlə məşğul olmağ gərəkdir”

“Məncə, indi bunu etmək məqsədə uyğun deyil. Əvvəlcə müharibə məsələsi həllini tapmalıdır, daha sonra digər məsələlərlə məşğul olmaq olar”

Ukraynanın “vizasız plan”ı necə yerinə yetirdiyinə Avropa Birliyi dekabrda qiymət verəcək. O vaxtadək isə deputatlar tələb olunan digər qanunları qəbul etməlidirlər. Məsələn, onlardan biri qeyri-qanuni miqrantların ölkədən çıxarılması məsələsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG