Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

Avropa 20 ildən sonra sərhəd məntəqələrini bərpa edir


Qaçqınlar Avstriya-Almaniya sərhədində

Qaçqınlar Avstriya-Almaniya sərhədində

-

İkinci Dünya müharibəsindən bu yana Avropa ən böyük miqrant problemi ilə üz-üzə qalıb. Bu problemin öhdəsindən gələ bilmək üçün Avropa Birliyi üzvləri sərhəd-yoxlanış məntəqələrini bərpa edir. Bu isə onların uzun illərdir öyündükləri maneəsiz gediş-gəliş sistemini təhlükə altına alır.

«İsveç və Almaniyanın bu ölkələrə üz tutan saysız-hesabsız miqrant axınını cilovlaya bilmək məqsədilə tətbiq etdikləri müvəqqəti sərhəd yoxlanışı Şengen sazişinə zidd deyil».

Bu bəyanatla noyabrın 13-də Avropa Komissiyası çıxış edib.

DANİMARKADAN GƏLƏN QATARLAR İSVEÇDƏKİ İLK STANSİYADA YOXLANILIR

İsveç həmişə müharibərlərdən və siyasi təqiblərdən qaçan insanlara qucaq açması ilə tanınıb. İndi bu ölkə Danimarkadan gələn miqrant axınının qarşısını almaq üçün sərhəd yoxlanışına başlayan Avropa ölkələrindən ən sonuncusudur. Danimarkadan gələn qatarlar İsveçdəki ilk stansiyada dayandırılaraq yoxlanılır. Yerli polis bildirib ki, miqrantlardan İsveçdən sığınacaq istəmək niyyətində olanlar avtobuslarla Malmöyə yola salınır.Qalanları isə gəldikləri ölkəyə -- Danimarkaya geri göndərilir.

İsveçin bəzi müxalifət partiyaları hökumətin bu addımını tənqid edirlər. Bəziləri bu addımın ölkənin «açıq qapı» ənənəsinə zidd olduğunu deyir. Bəziləri isə çox gecikmiş qərar sayır.

Bu il İsveçə 190 min miqrant sığınacaq üçün müraciət edib.Bu, 90-cı illərdən bu yana qeydə alınmış rekord göstəricidən belə iki dəfə artıqdır.

Almaniya Şengen qaydalarına uyğun olaraq, sentyabrın 13-də iki ay müddətinə tətbiq etdiyi sərhəd yoxlanışını daha dörd ay müddətinə uzadır.

ZAMANA QARŞI YARIŞ

Avropa Komissiyasının bəyanatında deyilir ki, ictimai asayiş və daxili təhlükəsizlik üçün təhdid yarandığı təqdirdə üzv dövlətlər arasında sərhəd-yoxlanış məntəqələri bərpa oluna bilər. Bu, Şengen Sərhəd Məcəlləsində müstəsna bir imkan kimi nəzərdə tutulub.

Avropa Komissiyasının bu qərarı Avstriya, Macarıstan və Sloveniyanın da oxşarsərhəd məhdudiyyətlərinə haqq qazandırmış olur.

Avropa Birliyi liderləri ötən cümə axşamı Maltada toplaşıb. Qaçqın böhranı və miqrantların əsas tranzit ölkə kimi istifadə etdikləri Türkiyə ilə daha sıx əməkdaşlıq məsələlərini müzakirə ediblər. Avropa İttifaqıŞurasının prezidenti Donald Tusk görüşdən sonra deyib: «Şengeni qoruyub saxlamaq zamana qarşı yarışı xatırladır. Biz bu yarışdan qalib çıxmaq əzmindəyik».

«Avropa Birliyinin miqrant axınının qarşısını almaq üçün Türkiyədən sərhəd nəzarətini gücləndirməsini xahiş etməsi bir vaxtlar qüdrəti ilə tanınan bir qitənin öz təhlükəsizliyi üçün başqasına yalvaran dilənçi vəziyyətinə düşdüyünü göstərir».

Bunu isə Macarıstanın baş naziri Viktor Orbán deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG