Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25

Avropa şurasının prezidenti Donald Tusk noyabrın 12-də xəbərdarlıq edib ki, Şengen blokuna daxil olan ölkələr arasındakı açıq sərhəd razılaşması miqrant böhranına görə pozulmaq həddindədir.

O bunu Mlatada keçirilən Avropa Birliyi-Afrika sammitində çıxış edərkən bildirib.

Avstriya, Almaniya, Macarıstan, Sloveniya və İsveç bundan əvvəl sərhədlərdə yenidən nəzarət tətbiq etmək və ya miqrant axınına nəzarət edə bilmək üçün sərhədlərdə sədlər qurmaq qərarına gəliblər.

Avropa Birliyinin liderləri noyabrın 12-də keçirilən sammitdə Afrikada münaqişələr və kasıblıqla mübarizəyə ilkin olaraq 1,8 milyard avro kredit ayırıblar.

Məqsəd miqrant axınının qarşısını almaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG