Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:31

Beləliklə, Almaniya Avropadan sərbəst gediş-gəlişi təmin edən Şengen viza rejimini indilik dayandırıb.

Almaniya ötən bazar günü özünün Avstriya ilə sərhədini bağlayıb. Ölkəyə Avstriaydan gələn qatarlar dayandırılıb.

Berlin bildirir ki, artıq qaçqın axınının öhdəsindən gələ bilmir. Beləliklə, Almaniya Avropadan sərbəst gediş-gəlişi təmin edən Şengen viza rejimini indilik dayandırıb.

Daxili işlər naziri Thomas de Maizière deyib ki, qaçqınların qəbulu, qeydiyyatı və yerləşdirilməsi sistemi belə bir axının öhdəsindən gələ bilməz.

"Qaçqın ölkə seçə bilməz"

“Qaçqınlar yaşamaq istədikləri ölkəni özləri seçə bilməzlər, təəəssüf ki…” – deyib nazir. O bildirib ki, qaçqınlar hər bir Avropa ölkəsinin ölçü və imkanlarına görə bölüşdürüləcək.

Çexiya da Avstriya ilə sərhəddə nəzarəti gücləndirdiyini bildirir.

Qaçqınlar hər bir Avropa ölkəsinin ölçü və imkanlarına görə bölüşdürüləcək

Müşahidəçilər deyirlər ki, bu hadisələr ötən həftəsonu Münhendə dəmir yolu vağzalında qaçqınların təntənəli qəbuluna bir sıra ölkədaxili qüvvələrin sərt reaksiyası ilə bağlıdır.

Der Spiegel yazır ki, kansler Merkel “Almaniya bütün suriyalıları qəbul edəcək” deyərkən, real axının belə nəhəng olacağını təsəvvürünə gətirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG