Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36

"Hərb və Sülh" romanı haqda 10 maraqlı fakt


"Hərb və Sülh" romanına Şmiranovun çəkdiyi illüstrasiya

"Hərb və Sülh" romanına Şmiranovun çəkdiyi illüstrasiya

- 8-11 dekabrda bütün dünyada yüzlərlə insan "YouTube" vasitəsilə Lev Tolstoyun “Hərb və Sülh” romnını online qiraət edəcək. Həmin roman haqda maraqlı faktları təqdim edirik.

Gənc Lev Tolstoy

Gənc Lev Tolstoy

1. Çoxları düşünür ki, 1300 səhifəlik “Hərb və Sülh” dünyanın ən uzun romanıdır. Əslində isə ən uzun roman 17-ci əsrdə Fransada yazılmış 13 min səhifəlik, 10 cildlik o qədər də tanınmayan Artamène ou le Grand Cyrus” romanıdır.

“Hərb və Sülh” romanın ilk iki nəşri 6 kitaba bölünmüşdü. Günümüzdə isə onu 1873-cü ildə Tolstoyun öz bölgüsü üzrə dörd kitab şəklində çap etmək qəbul olunub.

2. Tolstoy "Hərb və Sülh"ün qaralamasını yazarkən əvvəlcə Napaleon müharibələri haqda yox, köhnə dekabrist üsyançısı, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş, 30 illik Sibir sürgünündən sonra qayıtmasına icazə verilmiş bir rus zabiti haqda roman yazmağı planlaşdırıbmış.

Amma sonra yazıçı fikirləşir ki, Dekabristlər üsyanı haqda kitabı senzura xoşlamayacaq, ona görə də planını dəyişdirir.

3. Arvadı Sofiyanın israrıyla Tolstoy bu romandan Pyer Bezuxov və onun birinci arvadı Yelenanın toy gecəsi haqda hissələri çıxarıb. Sofiya hesab edirdi ki, kilsə senzurasından belə səhnələr keçməyəcək. Axı o zaman əsərləri iki senzura oxuyurdu: hökumət senzurası və kilsə senzurası.

4. Rostovlar və Bolkonskilər Tolstoyun öz zadəgan ailə üzvlərinin prototipidir.

Kyajna Marya. S.Bondarçukun "Hərb və Sülh" filmindən bir görüntü

Kyajna Marya. S.Bondarçukun "Hərb və Sülh" filmindən bir görüntü

Məsələn, Nikolay Rostov Tolstoyun atası Nikolaydan çoxlu borc alır. Tolstoyun atası 1812-ci il müharibəsi qəhrəmanı və Pavloqrad rejiminin leytenant polkovniki olub, romanda da öz adıyla xatırlanır.

Marya Bolkonskaya Tolstoyun anası Marya Tolstayanın prototipidir. Onların toy təsvirləri Tolstoyun valideynlərinin toyu kimidir. Qəhrəmanların evi "Lısıe Qorı" da Tolstoyun öz ailə malikanəsi "Yasnaya Polyana"nı xatırladır.

5. Tolstoy yazdıqca arvadı romanın surətini çıxarırmış. Özü də səkkiz nüsxədə!

Orada bəzi epizodlar var ki, Tolstoy onları 26 dəfə yazıb. Bu romanın yazılması beş il çəkib (1863-1869). Tolstoy və Sofiya evlənəndən bir il sonra bu roman yazılmağa başlayıb. Roman bitənə qədər Sofiya 13 uşağından dördünü dünyaya gətirib.

6. Tanınmış fransız slavyanşünası Georges Nivat təsdiq edir ki, “Hərb və Sülh” romanındakı fransızca danışıq 19-cu yüzilin əvvəlində fransız aristokratiyasının danışıq dilidir.

Romanın öz dili isə 19-cu əsrin ortalarının dilindədir ki, bu da romanın yazıldığı tarixlə hadisələrin cərəyan etdiyi tarix arasındakı fərqin dəqiq işlənmiş detallarından biridir.

7. Tolstoy özü hesab edirdi ki, bu əsərə tarixi esselər daxil etdiyi üçün onu roman kimi səciyyələndirmək o qədər də düzgün deyil. O özü bu əsəri tarixi xronika və roman arasında bir janr hesab edirdi.

8. Tolstoy bu romanı yazarkən tarixi konteksti ətraflı, həm rus, həm də Avropa mənbələrindən öyrənib. Borodino döyüşünün olduğu yerə baş çəkib.

Romanın ikinci hissəsində Nikolay Rostovun qulluqçusu Lavruşkanı fransızlar müvəqqəti tuturlar və Napaleonun qarşısında dindirirlər. Bu səhnədə Tolstoy fransız tarixçisi Thiers'in nəql etdiyi bir əhvalatı öz komik versiyasını da artırmaqla nəql edir.

Pyer Bezuxov. Filmdən bir görüntü

Pyer Bezuxov. Filmdən bir görüntü

9. Bir dəfə Tolstoy Parisdə gilyotin mərasiminə şahid olur. Bu hadisə onu sarsıdır. Ölüm cəzası əleyhinə baxışları güclənir.

Yerli hökumətdə söz demək səlahiyyəti olan sahibkar kimi ondan xahiş edilir ki, əsgərin ölüm cəzası əleyhinə məhkəmədə iş aparsın. Tolstoy məhkəmədə çox çalışır, lakin məğlub olur.

O, ölüm cəzası haqda baxışlarını Pyer Bezuxov xarakterinə köçürür, rus hərbi əsirlərini asmaq əmri verilmiş fransız əsgərlərindən narahatlığını qəhrəmanının dililə dəhşətlə danışır.

10. Belə bir şayiə var ki, Tolstoy bu romanı "Müharibə və Dünya" adlandırıb. Məlum olduğu kimi, rus dilində "sülh" və "dünya" sözlərinin hər ikisi "mir"dir. 1917-ci il inqilabından sonra Kiril əlifbası modernləşdirildi. Ona qədər bu sözlər rus dilində eyni cür tələffüz olunur, amma ayrı cür yazılırdı.

Tolstoy öz qaralamalarında romanın başlığını yazanda o zamankı əlifbayla "dünya" (mir) yazıb. Amma bugün mütəxəssislər hesab edirlər ki, bu, sadəcə təsadüfən bir hərfdə qələmin azca sürüşməsi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG