Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:45

BBC canlı efirdə 10 saat "Hərb və sülh" oxuyacaq


-

BBC böyük rus yazıçısı Lev Tolstoyun "Hərb və sülh" romanı əsasında 10 saatlıq radiotamaşa hazırlayıb.

OxuZalı "Guardian" qəzetinə istinadla xəbər verir ki, radiotamaşa yeni ilin ilk günündə BBC mediaholdinqinə daxil "Radio 4"də efirə gedəcək.

Onun hazırlanmasında tanınmış aktyorlar Simon Russell Beale və John Hurt də iştirak ediblər.

Yanvarın 1-də radiotamaşa tam şəkildə efirə gedəcək, xəbər bloku və "Archers" radioserialından başqa hər şey efirdən yığışdırılacaq.

2000-ci ildə aktyor Stephen Fry "Radio 4"ün efirində Britaniya yazıçısı J.K.Rowling-in "Harry Potter və fəlsəfə daşı" kitabını 8 saata oxunmuşdu.

XS
SM
MD
LG