Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:23

- Rus ədəbiyyatının məşhur əsərlərində qəhrəmanları dərdə salan pullar bugünkü məzənnəylə nə qədər edir?

Qoqolun "Palto"su

A.Lattuadanın Qoqolun "Palto" əsəri əsasında çəkdiyi filmdən

A.Lattuadanın Qoqolun "Palto" əsəri əsasında çəkdiyi filmdən

Xırda məmur A.Başmaçkinə qışda geyinmək üçün təzə palto lazımdır.

O, yeməyinə, hətta çayına qənaət etməyə başlayır, çirkli paltarlarını paltaryuyan qadına daha gec-gec verir ki, pul yığa, palto ala bilsin.

Amma paltonu çiyninə salıb küçəyə çıxdığı birinci gün onu oğurlayıb qaçırlar.

Cinayətkarları yaxalamaq mümkün olmur. Başmaçkin köhnə, cırıq paltosuna qayıtmalı olur. Soyuqlayır və bir neçə gündən sonra ölür.

Paltonun əsərdə göstərilən 19-cu əsr qiyməti indiki pulla 10 min ABŞ dollarıdır.

Raskolnikovu qatilə çevirən məbləğ

L.Kulicanovun "Cinayət və Cəza" filmindən

L.Kulicanovun "Cinayət və Cəza" filmindən

Dostoyevskinin “Cinayət və cəza” romanında Roskolnikov çəkiclə öldürdüyü adamdan 320 min rubl oğurlayır.

Tutulmaq qorxusundan pulu gizlədir və romanın qalan hissəsini peşmanlıq sarsıntıları içində keçirir.

Raskolnikovu adam öldürməyə vadar edən məbləğ, 320 min rubl bugünkü pulla 4670 ABŞ dolları idi.

Dünən yayılmış bir xəbərə görə, Bakıda şagirdin evindən zinət əşyaları oğurlamaqda suçlanan müəllimə 4850 manat, elə Raskolnikov qədər qazanc əldə edibmiş.

Tolstoyun “Hərb və Sülh” romanı

S.Bandarçukun "Hərb və Sülh" filmindən

S.Bandarçukun "Hərb və Sülh" filmindən

Bu romanın baş qəhrəmanı Nataşa Rostovanın qardaşı Nikolay qumarda Doloxova 70 milyon rubl uduzur.

Bu, o zaman Rusiyanın ən yuxarı təbəqəsindən olan aristokratlar üçün də böyük pul olur.

Amma şərəf qaydalarına görə, borc qaytarılmalıdır…

Həmin məbləğ bugünkü pulla 1 milyon ABŞ dollarıdır.

Rusiyanın "Kommersant" qəzeti A.Puşkinin "Kapitan qızı"", "Qaratoxmaq qadın", N.Leskovun "Solaxay", Qoqolun "Müfəttiş", F.Dostoyevskinin "İdiot", A.Çexovun "Uzun familiya", B.Pasternakın "Doktor Jivaqo", M.Bulqakovun "İt ürəyi", "Master və Marqarita" romanlarında rol oynayan məbləğləri də bir çox iqtisadi amilləri nəzərə almaqla bugünkü pula çevirib.

Oxu Zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG