Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:14

AzadliqLive - Seçkini online izləmək olar

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin


Azərbaycan seçkilər

Azərbaycan seçkilər

11:00 1.11.2015

Seçkini online izləmək olar

Bu gün keçirilən parlament seçkilərində vətəndaşlar parlament seçkilərinin gedişini online rejimdə izləyə bilirlər. APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyası ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırıb. Səsvermə prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq ana səhifədən “Online observation” bölməsinə daxil olmaq və seçki dairəsini seçmək lazımdır.

20:35 30.10.2015

Bu günki AzadlıqLive-da:

Türkiyədəki seçkinin Azərbaycandakından fərqi. Türkiyədə universitetdə dərs deyən dosent, azərbaycanlı Toğrul İsmayıl Türkiyədə seçkidən danışır

MTN-də, rabitə nazirliyində həbslər nə deməkdir? Dinləmə ehtimalı düzdürmü? Hüquqşünas Eyyub Kərimovla söhbət

Uruqvay prezidenti təyyarədə boğulan qıza tibbi yardım göstərdi, ölümdən qurtardı

19:05 30.10.2015

Türkiyədə səsvermə Azərbaycandan nə ilə fərqlənir?

“Türkiyədə səs artıq namus məsələsidir, çoxu seçkidə səsini vermək üçün istirahətə belə getmir”, bunu AzadlıqRadisouna müsahibəsində Türkiyə vətəndaşıHakkı Ərduranlı deyir.

Noyabrın 1-də Türkiyədə parlament seçkisidir.

18:24 30.10.2015

Cənub bölgəsini sel basıb

Azərbaycanın cənub bölgəsində - Lənkəranda, Masallıda və Astarada aramsız yağışlar nəticəsində bəzi kəndləri sel basıb.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG