Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:50
Azərbaycan seçkilər
Azərbaycan seçkilər

AzadliqLive - Seçkini online izləmək olar

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

12:57 26.10.2015

51 faiz ildə 30 mindən az qazanır

Amerikalıların 51 faizi ilə 30 min dollardan az qazanır. Michael Snyder «WashingtonsBlog»da yazır ki, ABŞ-da orta sinif ölmək üzrədir.

Sosial Təhlükəsizlik Administrasiyası yeni statistika açıqlayıb. Statistikaya görə, ABŞ-da işçilərin 51 faizi ildə 30 min dollardan da az qazanır. «Bu gün Amerikada orta sinfə məxsus ailəni ayda 2500 dollarla saxlamaq mümkün deyil, özəlliklə də həmin məbləğdən vergilər tutulandan sonra. Ancaq təsəvvür edin ki, ölkədəki işçilərin yarıdan çoxu ondan da az qazanır».

Həmin statistikada digər rəqəmlər də diqqət çəkir: bütün amerikalı işçilərin 38 faizi ötən il 20 min dollardan; 62 faizi 40 min dollardan; 71 faizi 50 min dollardan az qazanıb.

12:59 26.10.2015

İlqar Məmmədovun dişi sındırılıb

Həbsxanada döyülən zaman REAL Hərəkatının sədri İlqar Məmmədovun dişi sındırılıb. Hazırda başağrıları azalıb, durumu yaxşıdır.

Bu barədə AzadlıqRadiosuna oktyabrın 25-də onunla görüşən həyat yoldaşı Vəfa Məmmədova məlumat verib.

13:00 26.10.2015

Saatın geri çəkilməsi və seçkilər

Bazar günü yay vaxtının ləğvi Türkiyədə əməlli-başlı çaşqınlıq yaradıb. Belə ki, Türkiyə də digər ölkələr kimi saat əqrəblərini bir saat geri çəkməliydi. Ancaq hökumət qərar verib ki, bu dəyişiklik 1 noyabr seçkilərindən sonra həyata keçirilsin.

13:03 26.10.2015

Bakıda silahlı insident olub

Xətai rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları R.Məmmədov küçəsində şübhəli hesab etdikləri şəxsi, əvvəllər məhkum olunmuş Yevgeny Antonov-u saxlamaq istəyiblər. Bu zaman Y.Antonov «Naqan» tipli tapançadan polislərə 4 dəfə atəş açıb.

Davamı

XS
SM
MD
LG