Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:35

Statoil TAP kəmər layihəsini tərk edir


Norveçin Statoil şirkəti özünün Transadriatik Qaz Kəməri (TAP) layihəsindəki 20 faizlik payını satdığını elan edib.

Norveçin Statoil şirkəti özünün Transadriatik Qaz Kəməri (TAP) layihəsindəki 20 faizlik payını satdığını elan edib.

Bu barədə məlumatı Azərbaycan dövlət neft şirkəti SOCAR-ın prezidenti Rövnəq AbdullayevReuters agentliyinə verib.

Artıq təzə müştəri var

Cənab Abdullayev bunu da əlavə edib ki, Statoil-un payına artıq müştəri var.

“Bir neçə şirkət Statoil-un payını almağa maraq göstərib və bu payın bir neçə şirkət tərəfindən alınması daha yaxşıdır” – deyib SOCAR prezidenti.

Statoil bu məlumatlarla bağlı heç bir şərh verməyib.

“Biz adətən öz payımızdakı düzəlişlər barədə şərh vermirik” – deyib şirkətin sözçüsü Reuters agentliyinə.

Bir neçə şirkət Statoil-un payını almağa maraq göstərib və bu payın bir neçə şirkət tərəfindən alınması daha yaxşıdır

TAP kəməri bu onilliyin sonunadək inşa edilməli və dünyanın ən böyük qaz yataqlarından biri olan Şahdəniz 2 dəniz yatağından 16 milyard kubmetr qazı Avropaya nəql etməlidir.

870 kilometrlik kəmər Türkiyə-Yunanıstan sərhədinin Kipoi məntəqəsində Transanadolu Kəmərinə (TANAP) bağlanmalı, Yunanıstan və Albaniya ərazisindən keçərək cənubi İtaliyaya çıxmalıdır.

20 faiz nə qədər edir?

Statoil artıq özünün Şahdəniz qaz yatağındakı, habelə Cənubi Qafqaz Kəmərindəki payını SOCAR, BP və Malayziyanın Petronas şirkətlərinə satıb.

İtaliyanın qaz infrastrukturu şirkətlərindən Snam ötən ay bildirmişdi ki, TAP layihəsində 20 faizədək pay almağa hazırdır.

Rəsmilər 20 faizlik payın pul dəyərini açıqlamaqdan imtina edirlər, lakin layihəyə daxil mənbələr bunun 400 milyon avro ola biləcəyini söyləyirlər.

Hazırda TAP-da səhm sahibləri BP (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Belçikanın Fluxys şirkəti (19 faiz), İspaniyanın Enagas şirkəti(16 faiz) və İsveçrənin Axpo şirkətidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG