Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:29

-

Fransanın «Total» və Almaniyanın E.ON şirkətləri Transadriatik Qaz Kəməri (TAP) layihəsindən çıxdılar.

«Total»ın payı 10 faiz, E.ON-un payı 9 faiz idi.

Onların 19 faiz payını İspaniyanın «Enagas» və Belçikanın «Fluxys» şirkətləri alıb. «Enagas»ın payı 16 faiz olub. Qalan 3 faizi alan «Fluxys» TAP layihəsində payını 19 faizə çatdırıb. «Caspian Barrel» saytının verdiyi xəbərə görə, bunu TAP sentyabrın 30-da bildirib.

Hazırda TAP layihəsində paylar belə bölünür: BP – 20, SOCAR – 20, «Statoil» – 20, «Fluxys» – 19, «Enagas» – 16, «Axpo» – 5 faiz.

TAP Azərbaycanın «Şahdəniz» yatağı qazını Yunanıstan, Albaniya, Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, burdan isə Qərbi Avropaya çatdırmalıdır.

Kəmərin tikintisi 2016-cı ildə başlamalıdır.

870 km uzunluğunda bu kəmərin ilkin gücü ildə 10 milyard kubmetr qaz olacaq. Sonradan kəmərin gücü iki dəfə artırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG