Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:38

Norveçin neft və qaz şirkəti Statoil qarşıdan gələn bir neçə ay ərzində Azərbaycandakı heyətini ixtisar edəcək.

Azərbaycanın neft-qaz sənayesinə yaxın mənbələrdən daxil olan məlumata görə, bu, Statoil-un “Şahdəniz” layihəsini tərk etməsi ilə bağlıdır.

Statoil “Şahdəniz” layihəsindəki 15, 5; South Caucasus Pipeline Company (SCPC) şirkətindəki15.5 və Azerbaijan Gas Supply Company (AGSC) şirkətindəki 12, 4 faizlik paylarını Malayziyanın PETRONAS şirkətinə satıb.

Payların ümumi dəyəri 2, 25 milyard dollardır.

Mənbə bildirir ki, bir neçə aydan sonra şiirkətin Bakı ofisində yalnız bir neçə əməkdaş qalacaq.

Bu əməkdaşlar yalnız Azəri-Çıraq-Günəşli neft yatağı və Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə bağlı işlərlə məşğul olmaqda davam edəcəklər.

Neft nəhəngi BP də gələn ildən Azərbaycandakı işçi heyətinin sayını azaldacağı barədə xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG