Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:45

Statoil Azərbaycan qaz biznesindəki payını 2,25 milyard dollara Malayziya şirkətinə satıb

Norverçin “Statoil” şirkəti “Şahdəniz”, “Cənubi Qafqaz Qaz Kəməri”layihəsindəki, eləcə də Azərbaycan Qaz Təchizatı şirkətindəki paylarını Malayziyanın “Petronas” şirkətinə satıb. Bu barədə şirkət öz rəsmi saytında məlumat yayıb.

Məlumatda deyilir ki, “Statoil”la “Petronas” arasında əldə olunmuş razılığa görə, Statoil Malayziyanın şirkətinə 2,25 milyard ABŞ dollarına satıb.

Statoil” şirkətinin vitse-prezidenti Lars Christian Bacher bu razılaşmanı şərh edərkən bildirib:

“Statoilin beynəlxalq portfelində önəmli rol oynayan Azərbaycandakı biznesə sadiq qalmaqda davam edir”.

Staoil-un Azəri-Çıraq-Günəşli neft yatağında, Bakı-Tbilisi-Ceyhan neft kəmərində payları qalır.

Şahdəniz yatağında ilk əməliyyat 2006-cı ildə aparılıb. İndi bu yataqdan günə 25 milyon kub metr qaz, 225 min barel neft hasil olunur.

Şahdənizdəki yeni payçı “Petronas” şirkəti 1974-cü ildə yaradılıb və 65 ölkədə nümayəndəliyi var. Asiyadakı neft, qaz şirkətləri arasında ilk beşlikdədir.

XS
SM
MD
LG