Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:16

Xələcdəki 50 dustağın müraciəti araşdırılır


Arxiv fotosu
Arxiv fotosu

.

Gözlə

No media source currently available

0:00 0:05:08 0:00
Direct-ə keçid

İyunun 6-da Ombudsman Aparatının bir qrup əməkdaşı Ədliyyə Nazirliyinin Salyan rayon Xələc qəsəbəsindəki 5 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) baş çəkib. Trend-in məlumatına görə, onlar həmin müəssisənin rəhbərlərinə əvvəlcədən məlumat vermədən dustaqların şikayətlərini araşdırıblar. Amma belə kütləvi şikayətin mahiyyəti və araşdırmanın nəticələri barədə hələlik rəsmi məlumat verilmir.

HƏBSXANAYA QOŞUN YERİDİLİB?
Mayın 13-də həmin 5 saylı CÇM-ə qoşun yeridilməsi ilə bağlı yerli mediada məlumatlar yayılmışdı. Məhkum qohumlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, həmin vaxt 10-dan artıq etirazçı dustaq müəssisədən çıxarılaraq məhkumlar arasında “işgəncə müəssisəsi” kimi tanınan Vərəm Dispanserinə aparılıb. Həmin dustaqların həbsxanada sərt qaydalara etiraz etdiyi bildirilirdi.

Adının çəkilməsini istəməyən məhkum qohumlarında biri AzadlıqRadiosuna bildirmişdi ki, bu yaxınlarda müəssisəyə yeni rəisin təyin olunmasından sonra qaydalar daha da sərtləşdirilib:

«Rəis sərt qaydalar tətbiq etməyə başlayıb. Məhkumların ən adihüquqlarını belə tapdanır. Onlar da buna etiraz edib və rəhbərliklə aralarında mübahisə yaranıb. Rəhbərlik də dustaqları cəzalandırmaq qərarına gəlib. Sonradan öyrəndik ki, «oğurlanan» dustaqlar «tubzona»ya aparılıblar. Həbsxana rəhbərləri adətən cəzalandırmaq istədikləri dustaqlardan «tubzona»da qisas alırlar. Burada həmin dustaqları işgəncə ilə «sındırdıqdan» sonra geri qaytarırlar”.

Həmin vaxt Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu müəssisədə məhkumların hüquqlarının pozulması barədə iddialara heç bir açıqlama verməmişdi.

İndi Ombudsman Aparatının apardığı yoxlamanın həmin müəssisədə mayın 13-də baş vermiş kütləvi etiraz, yoxsa, başqa hadisə ilə bağlı olduğu məlum deyil.

Bu barədə nə Ədliyyə Nazirliyi, nə də Ombudsman Aparatından rəsmi məlumat vermirlər. Ombudsman Aparatın Mətbuat Xidmətinin rəhbəri Zemfira Məhərrəmli qısaca onu bildirdi ki, onların əməkdaşları nə görüblərsə, onu Ədliyyə Nazirliyinə yazıblar:

“Ombudsman Aparatının Milli Preventiv Qrupu işgəncələrə qarşı mübarizə ilə bağlı həbsxanaya yoxlamalara gedirlər. Nə görüblərsə, məlumatda yazılıb. Buna əlavə şərh verilmir.”

APARATIN TƏSİR İMKANI YOXDUR...
Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə hesab edir ki, Ombudsman Aparatı həbsxanalardan gələn şikayətlərlə bağlı ictimaiyyəti məlumatlandırmalıdır:

“Praktika onu göstərir ki, Ombudsman Aparatının istər bu, istərsə də digər məsələlərlə bağlı təsir imkanları yoxdur. Bir neçə ay öncə 14 saylı CÇM-də məhbus Elşad Babayev işgəncə ilə öldürüldü. Bu işin araşdırılması ilə müəyyən qədər Ombudsman Aparatı da məşğul oldu. Ortaya heç bir nəticə çıxmadı”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG