Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:55

Həbsxanada ölən məhbusun yaxınları kömək üçün prezidentə müraciət edir


Həbsxanada vəfat etmiş Elşad Babayev
Həbsxanada vəfat etmiş Elşad Babayev

-

“Qanunları heçə sayan, insanları öz tətbiq etdikləri qaydalarla cəzalandıran, öz cəngəllik qanunları ilə idarə edən məmurlar haqda ölçü götürmənizi xahiş edirik”.

Bu sözlər həbsxanada işgəncə ilə öldürüldüyü deyilən Elşad Babayevin ailə üzvlərinin fevralın 16-da prezident İlham Əliyevə ünvanladıqları müraciətdəndir. Həmin müraciətin surətini AzadlıqRadiosuna mərhum Elşad Babyevin bacısı Simuzər Babayeva təqdim edib.

“QANUNDA İŞGƏNCƏ VERƏRƏK CƏZALANDIRMA VARMI?”

Müraciətdə Elşad Babayevin ötən il dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində işgəncə ilə öldürüldüyü iddia edilir. Ailə üzvləri onun ölümündə həbsxana əməkdaşlarını günahlandırırlar:

“Ölüm xəbərin alan kimi dərhal morqa yollandıq. Gördüklərimiz Elşadın ölüm xəbərindən daha ağır idi. Onun bütün bədəni, əlləri, ayaqları, başı ağır zədələr, amansızca döyülməyin əlaməti olan qançır izləri içində idi. Bizdə olan dəqiq məlumata görə Elşadı müəssisənin əməkdaşları döyərək öldürüblər. Onu öldürənlərin indiyə kimi cəzalndırılmaması bizim bu şübhələri artırır.

Bu məsələnin ört-basdır edilməsi bəzi yüksək vəzifəli məmurların marağındadır. Qardaşıma bu işgəncəni verərək onun ölümünə səbəb olanların vəzifəli məmur, dövlət qulluqçusu olmaları bizi dərindən məyus etdi. Elşad nə terrorçu, nə vətən xaini deyildi. O, narkotik maddələr saxlamaq ittihamı ilə 1 il iki ay azadlıqdan məhrum edilmişdi.

Elşad Babayevin meyidinin morqda çəkilmiş fotosu
Elşad Babayevin meyidinin morqda çəkilmiş fotosu

Müəssisədə hansısa qaydanı pozmuşdusa, qanunla cəzalanmalı idi. Qanunda işgəncə verməklə cəzalandırma varmı? Onun işgəncə ilə öldürülməsi fotolarda da açıq-aydın görünür”.

Müraciətdə istintaqın gedişindən narazılıq bildirilir. Ailə istintaqın obyektiv aparılması üçün ölkə başçısından kömək istəyir:

“Fotolardakı açıq-aydın işgəncə faktlarına baxmayaraq ekspertiza rəy verdi ki, guya Elşad öz əcəli ilə, ürək tutmasından ölüb.

Cənab president, Elşad Babyevin ölümünün obyektiv araşdırılmasına kömək etməyinizi xahiş edirik.”

RƏSMİLƏR TƏKZİB EDİR…

Ötən il dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Bildirlirdi ki, etiraza səbəb 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsidir. Etiraz edən məhbusların bəziləri karsera salınıb, bir qismi isə vərəm dispanserinə köçürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən dekabrın 22-də həmin müəssisədə hadisə baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobud pozmasını göstərmişdilər.

Elşad Babayevin ürək tutmasından vəfat etməsi barədə həkim rəyinin surəti.
Elşad Babayevin ürək tutmasından vəfat etməsi barədə həkim rəyinin surəti.

Yanvarın 12-də Ədliyyə Nazirliyi və Baş Prokurorluq Elşad Babyevin ölümü və 14 saylı cəzaçəkmə müəssisəində baş verənlərlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 22-də məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyi Tibb Xidməti əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Məlumata görə həm müəssisədə baş verənlər, həm də Elşad Babayevin ölümü ilə bağlı cinayət işi açılıb.

Məlumatda o da vurğulanırdı ki, Qaradağ rayon Prokurorluğunda açılan cinayət işi ilə bağlı istintaq hərəkətləri davam etdirilir. Lakin, cinayət işinin hansı ittihamla açıldığı haqda məlumat verilməyib.

Yanvarın 24-də isə 19 saylı Qaradağ rayon xəstəxanasının tibbi ekspertiza qurupu Elşad Abdullayevin öz əcəli ilə, ürək tutmasından öldüyü haqda rəyi onun ailə üzvlərinə təqdim etmişdi.

Ailə üzvləri bu rəyin sifarişlə yazıldığını, Elşad Babyevin aldığı işgəncələrdən sonra öldüyünü iddia edirdilər.

19 saylı Qaradağ rayon xəstəxanasında rəyin sifarişlə yazılması haqda iddiaları təkzib edirlər.

Buna görə ailə fevralın 16-da yardım üçün prezident İlham Əliyevə müraciət edib.

XS
SM
MD
LG