Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:24

Elşad Babayevin ailə üzvləri istintaqın gedişindən narazıdırlar


Elşad Babayev (Arxiv foto)
Elşad Babayev (Arxiv foto)

-

Həbsxanada döyülərək öldürüldüyü iddia olunan Elşad Babayevin ailə üzvləri işin araşdırılmasından narazıdırlar. Mərhumun bacısı Simuzər Babayeva AzadlıqRadiosuna bildirir ki, hər dəfə prokurorluğa müraciət edəndə müstəntiq ekspertizanın cavabını gözlədiklərini deyir:

«BU MƏSƏLƏDƏ BƏZİ MƏMURLARIN ƏLİ VAR»

«Qardaşımın ölümündən 22 gün keçir. Bu müddətdə ekspertiza hələ cavab verməyib. Ekspertiza nə cavab verəcək ki? Hər şey göz qabağındadır. İşgəncə izlərini mən öz əlimlə kameraya çəkmişəm. Hadisə qapalı yerdə baş verib, hər tərəfdə də kameralar var. Bunu tapmaq çox çətindir? Nəzarətçinin qardaşımı cəzalandırdığını görən məhbuslar var. Onu döyənlər haqqında indiyə kimi heç bir tədbir görülmür? Respublikada hər gün cinayət hadisələri baş verir və hüquq-mühafizə orqanları dərhal şübhəliləri tutub cəzalndırır. Necə olur ki, bu hadisənin açılması belə gecikir? Çünki, bu məsələdə bəzi məmurların əli var».

Simuzər Babyeva deyir ki, bir müddət öncə Penitensiar Xidmətinin rəhbəri Mədət Quliyevlə görüşməsinin də işin obyektiv araşdırılmasına təsiri olmayıb:

«MƏDƏT QULİYEV MƏNƏ SÖZ VERMİŞDİ...»

Mədət Quliyev
Mədət Quliyev

«Mədət Quliyev mənə söz vermişdi ki, iş obyektiv araşdırılacaq və günahkarlar cəzalanaq. Ortada heç nə yoxdur. Yanvarın 7-də nəticə ilə maraqlanmaq üçün bir də onun yanına getdim, buraxmadılar otağına. Dedilər ki, məzuniyyətdədir. Oradan çıxıb bu işi nəzarətdə saxlamaları üçün prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya məktub yazmışam. Onlardan da bir xəbər çıxmayıb. Bu vəhşiliyi törədənlər cəzalanmalıdır. Düzdür, heç nə qardaşımı geri qaytarmayacaq. Ancaq, onun qatilləri azadlıqda gəzməməlidir».

Dekabrın 22-də 14 saylı CÇM-də bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Bildirlirdi ki, etiraza səbəb 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsidir. Etiraz edən məhbusların bəziləri karsera salınıb, bir qismi isə vərəm dipanserinə köçürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən dekabrın 22-də CÇM-də insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobudcasına pozmasını göstərmişdilər.

HƏBSXANAYA DƏYMİŞ ZİYANLA BAĞLI EKSPERTİZA TƏYİN OLUNUB

Yanvarın 12-də Baş Ədliyyə Nazirliyi və prokurorluq Elşad Babyevin ölümü və 14 saylı CÇM-də baş verənlərlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 22-də məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib:

«​Məlum olub ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozub, müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol veriblər. Elşad Babayevin ölümünün səbəblərinin, habelə həmin məhkumların qeyd olunan hərəkətləri nəticəsində həbsxanaya dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınıb. Elşad Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilib».

Məlumatda bildirilir ki, Qaradağ rayon Prokurorluğunda açılan cinayət işi ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

XS
SM
MD
LG