Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:13

Məhbus anası: «Əllərinin üstü deşik-deşik idi...»- [Audio]


Bakıda yerləşən həbsxanada
Bakıda yerləşən həbsxanada

-

«Oğlumun qollarında qandal izləri var idi, dişlərinin yarısı tökülmüşdü. İşgəncədən əllərinin üstü deşik-deşik idi. Elə bil yorğan iynəsi ilə deşilmişdi. İrinləmiş yaralardan biri böyük idi, üstü köz bağlamışdı. Sifəti sanki əyilmişdi. Aydın görünürdü ki, işgəncə veriblər. Bu dərəcədə vəhşilik olmaz axı...»

Bu sözləri AzadlıqRadiosuna Penitensiar Xidmətin 14 saylı Cəza Çəkmə Müəssisəsində (CÇM) baş verən etiraz aksiyasından sonra «tubzon» kimi tanınan Vərəm Dispanserinə köçürülən İsa Yqubovlun anası Aynur Yaqubova deyir. O bildirir ki, dispanserin qarşısında 2 günlük etiraz aksiyası keçirdikdən sonra «tubzon»a köçürülən məhbus ailələrinə bu günlərdə doğmaları ilə görüşə icazə verilib:

«PREZİDENTİN QARŞISINDA DİZ ÇÖKMƏYƏ HAZIRAM...»

«Görüş vermək istəmirdilər. Bilirdilər ki, hər şeyi gözümüzlə görəcəyik. Nəhayət görüşdürdülər. Ora köçürülən 11 dustağın hamısına işgəncə verilib. Bizimlə görüşə gələndə axsayırdılar. Mənim oğlum çox arıqlayıb. Başlarının üstündə 5-6 nəzarətçi durmuşdu. Həm bu səbəbə, həm də biz fikir etməyək deyə, işgəncə haqda danışmadılar. Ancaq hər şey göz qabağında idi. Oğlum dedi ki, onun heç bir günahı yoxdur. Əksinə, etirazçıları sakitləşdirmək istəyib.

Biz bununla bağlı prezidentə də müraciət etmişik. Prezidentin qarşısında diz çökməyə hazıram ki, bizi qəbul etsin. Çünki, günahsız uşaqlarımızın həyatı təhlükədədir»

Deyir dekabrın 26-da gecəyarısı hərbi hissə CÇM-ə daxil olanda onu sürüyüb atılar «voronok»a, oradan da gətiriblər «tubzon»a. Övladlarımızdan nə istəyirlər, başa düşmürük. Biz bununla bağlı prezidentə də müraciət etmişik. Prezidentin qarşısında diz çökməyə hazıram ki, bizi qəbul etsin. Çünki, günahsız uşaqlarımızın həyatı təhlükədədir».

«DİSPANSER CƏZA MÜƏSSİSƏSİNƏ ÇEVRİLİB»​

Digər məhbus Anar Quliyevin qardaşı Bəhruz Quliyev də deyir ki, görüş vaxtı o da işgəncə izlərinin şahidi olub. O iddia edir ki, məhbuslara işgəncəni məhz «tubzon»da veriblər:

Arxiv foto
Arxiv foto

«Qardaşım ayaq üstə güclə dayanırdı. Elə şərait yaratmışdılar ki, baş verənlərlə bağlı nə isə soruşa bilmirdik. Bir şeyi başa düşə bilirəm ki, sağlam adamların Vərəm Dispanserinə niyə köçürüblər. Bu dispanser xəstə müalicə etmək yerinə, cəza müəssisəsinə çevrilib. Cəzalandırmaq istədikləri məhbusu bura köçürüb dəhşətli işgəncələr verirlər. Sağlam adamı bura köçürməyin özü cinayətdir. İşgəncə qəsdən burada verirlər ki, məhbus ölsə, desinlər ki, xəstə idi. Əgər, yaxınlarımız həqiqətən günahkardırsa qoy, qanunla mühakimə olunsunlar. Bu artıq qisas almaqdır».

RƏSMİ AÇIQLAMA OLACAQ...

AzadlıqRadiosu iddialara münasibət öyrənmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, bu məsələ ilə bağlı yaxın vaxtlarda açıqlama veriləcək.

Dekabrın 22-də 14 saylı CÇM-də bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Bildirlirdi ki, etiraza səbəb 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsidir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən CÇM-də insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobudcasına pozmasını göstərmişdilər.

Daha sonra Penitensiar Xidməti Elşad Babayevin ölümünün prokurorluqda araşdırıldığı haqda məlumat yayaraq işgəncə faktını təkzib edirdi.

Bu hadisədən sonra 10-dan artıq məhbusun karserə salındığı, bir o qədərinin də «tubzon» kimi tanınan Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən Vərəm Dispanserinə köçürüldüyü bildirilirdi. Binə dispanseri məhbuslar arasında «işgəncə müəssisəsi» adlandırılır.

Yaxınları «tubzon»a köçürülən məhbuslarla görüş tələb etsələr də buna icazə verilmirdi. Onlar bildirirdi ki, görüşməkdə məqsədləri doğmalarının işgəncəyə məruz qalmadıqlarına əmin olmaq idi. Görüşə icazə verilməsi üçün məhbus yaxınları yanvarın 10-u və 9-da «tubzon»un qarşısında etiraz aksiyası keçirmişdilər.

XS
SM
MD
LG