Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

-

«Associated Press» agentliyi İraqda kürd döyüşçülərinə qoşulub İslam Dövləti (İD) qruplaşmasına qarşı savaşan qərblilərdən yazır.

«KÜRDLƏR YANIMIZDA OLUB»

28 yaşlı Jordan Matson Viskonsin ştatının Störtevant şəhərindəndir. ABŞ ordusunun keçmiş əsgəridir.

«Savaş bitməyincə, İŞİD məhv edilməyincə, geri dönən deyiləm», - Matson silahlı qruplaşmanın digər qısa adını işlədir. «Qərara gəldim ki, hökumətim bu ölkəyə kömək etmirsə, onda mən nəsə etməliyəm. Biz bu ölkədə olanda kürdlər 10 il yanımızda durub».

Matson hazırda kürdlərlə birlikdə savaşan onlarla qərblidən biridir. Hələlik ABŞ koalisiyası ekstremistləri havadan bombalayır. Kürdlər deyirlər ki, daha çox qərblinin quru əməliyyatlarında onlara qoşulacağına ümid edirlər.

«ROCAVA ŞİRLƏRİ»

Kürdlər döyüşçü tapmaq üçün İnternetə üz tutublar, «Rocava Şirləri» adlı «facebook» səhifəsi də yaradıblar. Deyirlər ki, «terrorçuları cəhənnəmə göndərmək, insanlığı xilas etmək istəyirlər».

Matson, iki başqa amerikalı və bir avstraliyalı danışır ki, kürdlərə «facebook»un köməyi ilə qoşulublar. Həmin səhifəni YPG - Suriyanın şimalında və İraqda döyüşən kürd hərbi birləşməsi idarə edir.

Digər əcnəbi döyüşçülər adlarının çəkilməsini istəməyiblər. Ailələrinin reaksiyasından, geri qayıdandan sonra mümkün hüquqi problemlərdən çəkiniblər.

ABŞ QADAĞAN ETMİR, AVSTRALİYA İSƏ...

AP yazır ki, ABŞ amerikalıların İD qrupuna qarşı vuruşmasını qadağan etmir. Ancaq Türkiyədə mənzillənən Kürd Fəhlə Partiyasını - PKK-nı terrorçu təşkilat sayır. PKK YPG ilə birlikdə Sincar və Suriyanın Kobani şəhərində savaşır.

Avstraliya isə vətəndaşlarının ölkə ordusundan başqa hərbi qüvvə daxilində vuruşmasını yasaqlayıb. Avstraliya Suriyanın Ər-Rəqqa vilayətinə səyahəti kriminallaşdıran ilk ölkələrdəndir. İD oranı «xilafətinin» paytaxtı elan dib.

ABŞ-ın Bağdaddakı səfirliyindən kürdlərlə birlikdə vuruşan amerikalılar barədə məlumat almaq mümkün olmayıb. Həm əcnəbilər, həm də kürdlər onların sayının onlarla olduğunu deyir.

TƏCRÜBƏYƏ ÖNƏM VERİLİR

Bəzi gənc YPG döyüşçüləri qərblilərlə zarafatlaşır, yerli kürd ləhcəsində danışır.

Sincardakı əcnəbi döyüşçülər deyirlər ki, mümkün qədər çox qərblini müharibəyə cəlb etməyə çalışırlar. Ən çox da hərbi təlim görmüşlərə üstünlük verilir, çünki gənc kürd döyüşçülərdən çoxu təcrübəsizdir. Gənclər öldürülmüş İD yaraqlılarının silah-sursatını ələ keçirir. Onların zirehli geyimi də yoxdur.

Bir amerikalı və bir niderlandlı döyüşçü ötən həftə yaralanıb.

«Nəyə girişdiyini bilməlisən», - Matson deyir. «Əlində bir güllədir, bir də yorğan. Bəzən də yalnızca çörək. Ancaq möhkəm durmalısan».

Günün bütün mövzuları

XS
SM
MD
LG