Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:44

"İslam Dövləti"nin cəlladı dönər əti kəsir, selfi çəkir...


Yaponlar İŞİD cəlladını məsxərəyə qoyan komik fotoları hazırlayıb və bu, İnternetdə fləşmoba çevrilib.

Yaponlar İŞİD cəlladını məsxərəyə qoyan komik fotoları hazırlayıb və bu, İnternetdə fləşmoba çevrilib.

-
Yaponiyada "cihadçı Con"un təsvirləri yayılıb, yaponlar girovun edamından sonra susmayacaqlarını göstərirlər.

"Cihadçı" John-un bu həftə yayılan videosu dünyada yenidən kədər, üzüntü yaratdı. Qatilin qarşısında narıncı geyimdə iki kişi qorxu içində diz çöküb.

İslam Dövləti (İD) silahlı qruplaşmasının yaydığı son videoda İD yaponiyalı Haruna Yukawa və Kenji Goto-ya görə 200 milyon dollar tələb edirdi. Onların yaşaması üçün 72 saat vaxt da qoyulmuşdu.

FOTO FLƏŞMOBU

Yanvarın 24-də girov Haruna Yukawa-nın öldürüldüyü rəsmən təsdiqlənib.

Yaponiyanın baş naziri Shinzo Abe jurnalistlərə bildirib ki, digər girovun azad edilməsi üçün bütün mümkün diplomatik kanallardan istifadə edilir.

Ancaq girovların edam günü yaxınlaşdıqca, yaponlar İD cəlladını məsxərəyə qoyan komik fotoları hazırlayıb və bu, İnternetdə fləşmoba çevrilib.

"İD ZARAFATA ÇEVRİLƏCƏK"

"Cihadçı John" və ya "Cəllad Con" İslam Dövləti (İD) silahlı qruplaşmasının üzvüdür. Onun Britaniya vətəndaşı olduğu bildirilir, videolarda da London ləhcəsi ilə danışır. 2014-cü ildən İD-in yaydığı videolarda bir neçə əsirin başını o, kəsib.

İnternetdə geniş yayılan fotolarda, maskalı qatil bıçağı ilə dönər əti kəsir, yemək şousunda iştirak edir, selfi çəkir, çəhrayı rəngli alt paltarı geyinib və sairə.

Postların çoxunda mətnlər yaponca yazılıb, birində isə ingiliscə oxuyuruq: "Sabah kədərli olacaq, ancaq keçəcək və İD bir zarafata çevriləcək. Əhvalımızı poza bilməzsiniz".

Günün bütün mövzuları

XS
SM
MD
LG