Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04

Yaraqlılar ikinci yaponiyalı girovun öldürüldüyünü göstərən video yayıb


yaponiya jurnalist Kenji Goto-nun azad edilməsi üçün geniş kampaniya aparırdı.

yaponiya jurnalist Kenji Goto-nun azad edilməsi üçün geniş kampaniya aparırdı.

-

İnternetdə yaponiyalı girov Kenji Goto-nun İslam Dövləti yaraqlıları tərəfindən edam edildiyini iddia edən video yayılıb.

Bundan bir həftə əvvəl başqa bir yaponiyalı girovun - Haruna Yukawa-nın başının kəsilməsini əks etdirən video yayılmışdı.

Tanınmış jurnalist və film yaradıcısı 47 yaşlı Goto deyildiyinə görə, cənab Yukawa-nın azad edilməsinə kömək etmək üçün ötən ilin oktyabrında Suriyaya yollanmışdı.

Yaponiya hökuməti bildirib ki, hazırda videonun həqiqliyini araşdırır.

Yaponiya terrorun qarşısından qaçmayacaq

Hökumət sözçüsü Yoshihide Suga deyib ki, Yaponiya hökuməti videodan hiddətlənib və kabinet hazırda bu hadisəyə müvafiq reaksiya üzərində müzakirə aparır.

Baş nazir Shinzo Abe deyib ki, “Yaponiya terrorizmin qarşısından geri çəkilməyəcək”.

O deyib ki, Yaponiya Kenji Goto-nun iddia edilən qətlini törətmiş şəxslərin ədalət qarşısına gətirilməsi üçün beynəlxalq icma ilə birlikdə çalışacaq.

Cənab Goto-nun qardaşı Junichi Yaponiyanın NHK TV kanalına bildirib ki, “qardaşının sağ-salamat qayıdacağına son ana qədər inanırmış”.

O Kenji-nin azad edilməsi üçün çalışan bütün insanlara təşəkkürünü bildirib.

"Şərin təcəssümü"

Prezident Obama bəyan edib ki, ABŞ bu “xain qətli” qətiyyətlə pisləyir.

Britaniya və Fransa da buna bənzər bəyanatlarla çıxış ediblər.

Britaniyanın baş naziri David Cameron İD yaraqlılar “insan həyatına qiymət verməyən şərin təcəssümü” adlandırıb.

Yaponiyanın hakimiyyət orqanları Kenji Goto-nun azad edilməsi üçün İordaniya hökuməti ilə əməkdaşlıq edirdi.

İordaniya həmçinin dekabr ayında təyyarəsi Suriya üzərində İD yaraqlıları tərəfindən vurulmuş pilot Moaz al-Kasasbeh-in azad olunması üçün danışıqlar aparır.

Lakin şənbə günü hökumət nümayəndələri danışıqların dalana girdiyini bildiriblər.

İordaniyalı pilotun taleyi məchuldur

İD-in ötən çərşənbə axşamı buraxdığı başqa bir videoda Goto-nun “ölümünə 24 saat qaldığı”, Kasabah-in isə “vaxtının bundan da az olduğu” bildirilirdi.

İD yaraqlılarının Goto-nun İraq cihadçısı Sajida al-Rishawi ilə dəyişdirilməsi üçün qoyduğu möhlət cümə axşamı başa çatıb.

Bəzi məlumatlara görə yaraqlılarla danışıqları İordaniyanın Kasabeh-in də azad olunmasını tələb etməsi poza bilərdi.

Bu da bəlli olub ki, yaraqlılar cənab Goto-nun anası ilə elektron yazışmada olub.

Hadisələrin başlanğıcında yaraqlılar iki yapon girovun hər biri üçün 200 milyon dollar tələb etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG