Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04

Qərbli cihadçı: «iPod-um xarab olub. Evə qayıtmaq istəyirəm...»


İD-in Fransadan olan döyüşçüləri. (Arxiv)

İD-in Fransadan olan döyüşçüləri. (Arxiv)

Bəzi qərbli cihadçılar məktublarında soyuqdan, döyüşə bilmədiklərindən və nə uğrunda döyüşdüklərini başa düşmədiklərindən şikayət edirlər.

-

Qlobal cihadın qərbli gəncləri cəlb edən ilkin eyforiyası və romantikası havalarla birgə soyuyur.

Bu yaxınlarda Britaniya qəzetləri bu ölkədən olan gənc cihadçılardan bəzilərinin getdikcə məyuslaşdığından və vətənə qayıtmaq istədiklərindən yazırdı.

İndi bunu etmək iki səbəbdən çətin olacaq.

Birincisi,İraq və Suriyadakı İslam Dövləti, Cəbhət ən-Nüsrə də daxil olmaqla islamçı qruplaşmlar Qərb ölkələrinin vətəndaşı olan döyüşçülərinin evə qayıtmaq niyyətlərinin qarşısının qəddarlıqla alınacağı barədə xəbərdarlıq ediblər.

Guantanamo düşərgəsinin keçmiş məhbusu Moazzam Begg Britaniya mediasına bildirib ki, cihad meydanını buraxıb Birləşmiş Krallığa qayıtmaq istəyən 30-dək döyüşçünü şəxsən tanıyır.

Lakin Begg əlavə edib ki, terrorçu qrupu tərk etmək istəyən şəxslərə qarşı “intizam tədbirləri” görülə bilər.

Onun sözlərinə görə, bu tədbirlərə edam hökmü də daxildir.

Digər tərəfdən Britaniyaya qayıtmaq istəyənləri Dumanlı Albionda da elə dumanlı perspektiv gözləyir.

500 yaşlı xəyanət qanunu

Hazırda parlament komissiyasının müzakirəsində olan yeni anti-terror qanununda Suriya və İraqda cihadçı qruplaşmaların sıralarında olmuş Britaniya vətəndaşlarının vətənə qayıtmaları son dərəcə çətinləşdiriləcək.

Bu qanunlar bir çox hallarda vətəndaşlığın ləğvi ilə də nəticələnə bilər.

Lakin hazırda mövcud olan qanunlar da cihaddan qayıdanların mühakimə edilib cəzalandırılması üçün imkan yaradır. Hərçənd bir sıra tənqidçilər vətənə xəyanət qanununun 1500-cü illərdə qəbul edildiyini bildirirlər.

Britaniya, İslam Dövlətinə qarşı ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyaya qoşulan andan İraq və Suriyadakı Britaniya cihadçıları hüquqi baxımdan avtomatik olaraq “vətən xaini”nə çevriliblər.

Britaniyanın ilk cihad məhbusları

Ötən həftə Britaniyada ilk dəfə olaraq iki qardaş Suriyada terror təlimi keçdikləri üçün məhkum edilib.

Stratford şəhərindən olan 30 yaşlı Mohammed Nawaz və onun qardaşı, 24 yaşlı Hamza-ya qarşı cinayət işi qaldırılıb və məhkəmə onların 4 il müddətinə azadlıqdan məhrum olunmaları barədə hökm verib.

Hökmü elan edərkən hakim bildirib ki, qardaşlar Suriyada rejimə qarşı döyüşən dəstədə olublar və Britaniyada terror aktı törətmək niyyətlərinin olması barədə dəlillər yoxdur.

Hətta buna da baxmayaraq, qardaşların uzun müddət azadlıqdan məhrum edilməsi Londonun evə qayıdan cihadçlılardan narahatlığını nümayiş etdirir.

Ən maraqlısı budur ki, qardaşların Suriyada olmaları barədə yeganə dəlil onların mobil telefonlarından edilən zənglər olub.

Qərbli cihadçılarla bağlı mətbuatda dərc olunmuş son xəbərlərdə mobil telefonla bağlı ibrətamiz bir əhvalat da dərc olunub.

“The Daily Telegraph” qəzeti yazır ki, Fransadan olan cihadçılar evə göndərdikləri məktublarda soyuqdan, döyüşə bilmədiklərindən və nə uğrunda döyüşdüklərini başa düşmədiklərindən şikayət edirlər.

Cihaddan məktublar

Fransanın “Le Figaro” qəzeti bu ölkədən hazırda Suriyada vuruşan 376 cihadçıdan bəzilərinin evlərinə göndərdikləri məktubları dərc edib.

Cihadçılar məktublarında valideynlərinə və yaxınlarına evə qayıda bilmək məqsədilə məsləhət üçün yalvarırlar.

Hələbdə olan bir Fransa vətəndaşı yazır: “Mənim burada işim silah tənmizləmək və ölənləri daşımaqdır. Qış gəlib. Burda hər şey çətindir...”

Başqa birisi isə yazır: “Boğaza yığılmışam. Burada mənə paltar yudurdurlar”.

Məktub müəllifləri Avropanın rahat həyatı üçün darıxdıqlarını gizlətmirlər.

“Lap bezmişəm. Burada iPod-um işləmir. Evə qayıtmaq istəyirəm” – yazır fransalı cihadçı.

Daha bir məktubda isə vahimə ifadə olunub: “Onlar məni ön cəbhəyə göndərmək istəyirlər. Axı mən döyüşə bilmirəm”.

Xilafətin pasportsuz uşaqları

Gənc cihadçılardan bir çoxu Suriya və İraqda kəbinlə evləndikləri qadınlardan olan uşaqlarının vətəndaşlıq məsələsindən narahatdırlar.

Fransa qanunlarına görə, ölkədən kənarda doğulan uşaq Fransa vətəndaşı sayılmır. Digər tərəfdən İslam Dövlətinin elan etdiyi “xilafət” isə beynəlxalq aləmdə tanınmayıb və tanınmaq perspektivi də yoxdur.

Fransa qanunları da geri qayıdan cihadçıları qəbul etməmək imkanı verir.

Əmirin “məsləhət”i

“Le Figaro” bəzi mənbələrdən alınan məlumatlara əsasən yazır ki, cihadı tərk etmək istəyən Fransa vətəndaşlarından birinin boynu vurulub.

Bu gənc döyüşçü sadəcə olaraq Əmirə yaxınlaşaraq evə qayıtmaq istədiyi barədə “məsləhətləşib”.

Belə görünür ki, Fransa hökuməti də peşman olub qayıdan cihadçıları təkrar ölkəyə buraxmaq niyyətində deyil.

Cihadçıların Fransada yaşayan valideynlərinin tutduqları vəkillər gənclərə birtəhər İstanbula və ya Ərbilə çatıb özlərini konsulluğa təslim etmələrini məsləhət görürlər.

Lakin mətbuat xəbər verir ki, Fransaya qayıtmış 100 cihadçıdan 76-sı artıq həbsxanadadır.

Qərbin “əfəl” cihadçıları

Britaniyanın kəşfiyyat orqanlarının verdiyi məlumata görə, İD britaniyalı cihadçıları fransalılardan daha yüksək qiymətləndirir və sonuncuları “əfəlliklərinə görə, çox vaxt “qanmaz” adlandlırır”.

Lakin “Le Figaro”da dərc olunmuş məktublardan belə nəticə də çıxarmaq olar ki, İD və başqa ekstremist qruplaşmalar qərblilərin döyüş qabiliyyətinə bir o qədər də inanmır və etibar etmirlər.

Elə məktubların çoxunda da onlar paltar yumaqdan, xörək bişirməkdən, soyuqdan, ölü daşımaq və ayaqyolu təmizləməkdən şikayət edirlər.

Məsələn, Hindistanın Mumbay şəhərindən olan 23 yaşlı Majeed 6 ay İraqda İŞİD-lə birlikdə döyüşdükdən, lakin əsasən ayaqyoluları təmizlədikdən sonra müqəddəs müharibədən məyus olaraq vətənə qayıdıb.

Majeed “The Daily Telegraph” qəzetinə deyib ki, “orada müqəddəs müharibə-zad yoxdur. İşləri öldürmək və zorlamaqdır”.

Şəhidlik barədə LOL

Lakin belə bir təsəvvür yarana bilər ki, cihaddan məyusluq kütləvi şəkil alıb, əslində isə bu, belə deyil.

Məsələn, Britaniyadan getmiş 18 yaşlı gənc qadın - Umm Khattab al-Britaniyya cihadçı ərinin Kobane şəhəri uğrunda gedən döyüşlərdən birində həlak olması barədə sevinclə yazır.

O deyir ki, əslən İsveçdən olan əri - Abu Khattab al-Swedi “Allah yolunda şərəflə şəhid olub”.

Al-Britaniyya bildirir ki, “cihad bacıları artıq onu, ərinin şəhidliyi münasibəti ilə təbrik ediblər”.

Gənc qadın yazır ki, sevincini yalnız internet dilindəki LOL (laugh out loud – “ürəkdən gülmək”) işarəsi ilə ifadə edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG