Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:07

Yanvarın 5-də Brent markalı neftin qiyməti bir barrelə 55 dollara düşdü.

Neftin bu qiyməti Azərbaycana, daha dəqiq desək,Azərbaycandakı neft istehsalçılarına ziyan vururmu?

Yoxsa neftin maya dəyərinə hələ çox var?

Azərbaycanın Dövlət büdcəsinə isə neftin indiki qiyməti birmənalı şəkildə ziyanlıdır. Büdcə bu problemi necə həll edəcək?

Neft Fondu büdcəyə nə qədər pul verməlidir və verəcəkmi? Yoxsa neft Fondunu qorumaq daha vacibdir?

Neftin qiyməti dünyada hələ nəqdər düşə bilər?

Bu suallara neft eksperti İlham Şaban cavab verir.

Azadlıq Radiosu: Bu gün neftin qiyməti 55 dollara düşdü. Bu qiymət Azərbaycanda neft istehsalçılarına ziyan vururmu yoxsa bu, hələ sərfəli qiymətdir?

İlham Şaban: Neftin çıxarılması, daşınmasını və s. bu kimi xərcləri götürəndə BP-nin Azərbaycanda istehsal etdiyi neftin bir barreli təxminən 12 dollara başa gəlir. Bu baxımdan dünya bazarında neftin qiyməti hətta 4 dəfə düşsə belə, Azərbaycandakı neft istehsalçıları yenə mənfəətlə qalırlar.

Azadlıq Radiosu: Bəs Azərbaycan büdcəsi neftin bu qiymətinə dözə bilərmi və nə qədər dözə bilər?

İlham Şaban: Azərbaycanda büdcənin əsas donoru Neft Fondudur. Neftin qiyməti indiki kimi qalsa, Neft Fondundan bir ildə büdcəyə təxminən 6 milyard dollar köçürülməlidir ki, büdcə xərclərini ödəyə bilsin.

Azadlıq Radiosu: Əgər neftin qiyməti illərlə belə qalsa, onda Neft Fondu nə qədər dözə bilər?

İlham Şaban: Neft Fondu 6 il də büdcəni maliyyələşdirə bilər, ancaq mənim fikrimcə, Neft Fondunu sıfıra endirmək olmaz. Neft Fondunda 15 milyard dollar qalana qədər büdcəyə kömək etmək olar.

Bir də ki, neft həmişə belə aşağı qalmaycaq ki..

Azadlıq Radiosu: Neftin qiymətinin indiki enişi nə qədər və hansı qiymətə qədər davam edəcək?

İlham Şaban: Neftin illik orta qiyməti götürülməlidir. Bir sıra ekspertlərin fikrincə, bu il neftin orta qiyməti 60-65 dollar ola bilər.

Azadlıq Radiosu: Bəzilərinin fikrincə, neftin qiymətinin aşağı düşməyində Səudiyyə Ərəbistanı kimi istehsalçıların da marağı var. Bununla Səudiuyyə Ərəbistanı ABŞ-da şist neftinin və qazının istehsalını mənfəətsiz və mənasız etmək istəyir...

İlham Şaban : Belə fikir var. Ancaq şist neftinin və qazının maya dəyəri ətrafında mübahisə var. Hansı qiymətdə bu istehsal sərfəsiz olur?

Əvvəllər deyirdilər ki, neftin qiyməti 70 dollardan az olsa, şist nefti sərfəsizdir. Sonra bunu endirdilər 60 dollara. İndi hətta 40 dollardan aşağı qiymətdə də şist nefti istehsalının mənfəətli olmasından danışırlar. Bu baxımdan neftin qiymətinin düşməyə hələ yeri var.

XS
SM
MD
LG