Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:05

İl başlayan kimi rubl düşdü


Moskvada 2015-ci ilin ilk birja ticarətində rubl dollara nisbətən kəskin düşüb. 1 ABŞ dolları 59,34 rubla qalxıb. 1 avro 72 rubldur.

Rublun enişi dünya bazarında neftin qiymətinin düşməsi Ilə paralel gedir. Keçən həftə neft son 5 ildə ən aşağı qiymətinə düşdü.

Yanvarın 5-də neftin qiyməti düşməkdə davam edib. Brent markalı neft 55,54 dollaradır.

Eyni vaxtda avro da dollara nisbətən düşür. Avro son 9 ildə dollara nisbətən ən aşağı qiymətini alıb.

Yanvarın 5-də 1 dollar 1,1860 avro idi.

Financial times qəzeti yazır ki, avronun düşməsinə səbəb investorların Avropa Mərkəzi Bankının “kəmiyyət yumşaltması” adlı addıma gedəcəyini gözləməsidir. Bu, başqa sözlə, avro çapıdır.

Avronun düşməsinin ikinci böyük səbəbi Yunanıstanın avrozonadan çıxa bilməsidir. Yunıstanda yanvarın 25-də parlament seçkilərini solçu Syriza partiyası uda bilər. Bu partiya udsa, Yunanıstanın avrodan imtina etməsi faktiki avtomatik ola bilər. Almaniya hökuməti də, media məlumatlarına görə, bu variantla barışmağa başlayır.

XS
SM
MD
LG