Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:44

U hərfinin tənhalığı


Dilgam Jarchalov
Dilgam Jarchalov

-

Dilqəm

U hərfinin tənhalığı

sizə u hərfinin tənhalığından yazıram,

üşüyürəm yazdıqca da..

əlimdə ə hərfindən qırıqlarla

rəqs etməyə alışqın bir görüntüm var,

nə qalın geyinmək olur bu havada,

nə də qollarını çirmələmək..

gəlin rəqs eləyək səhərə qədər,

u hərfinin tənhalığında..

gəlin günəşə qədər özümüz işıq saçmağı öyrənək

öz kölgəmizdən şəkil çəkib, yad planetlərə göndərək,

salam deyək u hərfinin tənhalığından..

gəlin ölənlərin xatirinə yaşamağı öyrənək

əgər uçmağı bilmiriksə, bu cür darıxmaq da niyə?

üşüyürüksə əgər, öz içimizdə gizlənək..

gəlin birgə ulduzlara çıxaq

u hərfindən uzaq, lap çox uzaq

soruşaq ki, necə görünür ordan u hərfinin tənhalığı..

sizə u hərfinin adından yazıram,

deyir gücüm qalmayıb artıq, yorulmuşam

bu ölkənin payızından..

yorulmuşam deyir, bacarmıram daha

xarabada nə qədər insan var, utanıram hamınızdan

utanıram sizin adınızdan, soyadınızdan,

torpağınızdan, bayrağınızdan, sağınızdan, solunuzdan,

utanıram əlinizdəki rəngli kağızlarınızdan..

darıxanda bir barrel, iki funt darıxıram,

ən çox da buna görə utanıram..

u hərfinin sol yanından yazıram sizə

yazdıqca da soyuq olur,

nə rəqs eləyə bilirsən, nə də mürgüləmək səhərə qədər,

gəlin ölməyi əzbərləyək..

sonrası asandı, əvvəlidi çətin olan

biz əvvəlindəyik hələ,

yaşamaq da asandı hər şeyə rəğmən,

gəlin ölməyi əzbərləyək..

****

qırx yerimdən qırıq kimiyəm, ana

oxşama saçımı,

ondansa öldür məni..

qırx günə keçib gedərəm,

xəbərin olmaz..

qırx gecədir buz kimiyəm, ana

örtmə üstümü,

ondansa qapını aç,

çıxıb gedirəm..

görürsən, buz kimi ağlayıram özü də..

qırx qaşıq suda boğuluram, ana

burax başımı,

onsuz da ölü kimiyəm

adam balası kimi yaşaya da bilmirəm..

həm ölü, həm diri kimiyəm

gah o yana, gah bu yana dönürəm

burax məni, ana, burax

adam balası kimi ölə də bilmirəm..

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG