Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:34

Sərçələr qaranquş yuvasını unudan kimi...


Xuraman Hüseynzadə
Xuraman Hüseynzadə

-

Xuraman Hüseynzadə

Yeni şeirlər

Əllərin...

hər dəfə

əllərin toxunduqca yanaqlarıma

sildikcə göz yaşımı

utandım onlara əzab verməkdən

təbəssümün düşməni kədər imiş-

gündüzdən qorxan yarasa kimi gizlənər o

gülümsəsən

günəş doğsa qəlbində...

gülə bilsən

silahın qəhqəhələr olsa

əliyalın düşmən kimi geri çəkilər

kədər

gülüşüm gözlərimə qayıtdı

qaranquş öz yuvasına qayıdan kimi

əllərin unutsun göz yaşımı

sərçələr qaranquş yuvasını unudan kimi...

Payız

qara buludlarla yaşmaqlandı günəş

yorğun göylərin

təri səpələndi yer üzünə...

isti ölkələrə uçdu quşlar

və mən

küçədə yem axtaran sərçədən öyrəndim

etibarlı olmağı...

payız gəldi...

həmişəki kimi

Məmməd dayını cırıq ayaqqabılarından

nimdaş gödəkcəsindən

tanıdı,

məni doğum günümdən...

Bəlkə də...

Bəlkə də olmazdı dərdimiz bizim,

Başqa cür sevərdim səni bəlkə də.

Başqa cür olardı tanışlığımız

Doğula bilərdik başqa ölkədə.

Ya xoşbəxt olardıq, ya da ki bədbəxt-

Ağı ağ görərdik, qaranı qara.

Ya batıb gedərdik, ya durulardıq

Dağ çayı deməzdik çirkli sulara.

Yanlış göstəriblər düz yolu bizə

Təpəyə çıxmaqçün dağı aşmışıq.

Nitə itirmişik bir-birimizi

Niyə tənhalıqla qucaqlaşmışıq?

Bəlkə də olmazdı dərdimiz bizim

Daha çox sevərdim bəlkə də səni.

Bağışla, bu qədər sevə bilmişəm

Mənə qürbət olan ölkədə səni.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG