Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:02

Əfqanıstanın xristian Birinci ledisi - Mətbuat icmalı


-

Taliban xəbərdarlıq edir ki, Malala Yusifzal Pakistana qayıtsa, onu asacaqlar.

Əfqanıstanda 100 ildə ilk dəfə olaraq birinci ledi tutduğu mövqedən istifadə edib, qadınların cəmiyyətdə rolunu gücləndirmək istəyir.

İslam Dövləti yaraqlılarının əsirliyindən qaçan kişilər və qadınlar nə deyir?

Dünya mediası bu gün nədən yazır?

Pakistanlı Malala Yusiufzal qızların təhsil alması uğrunda mübarizəsinə görə Nobel sülh mükafatı aldı.

Bütün dünya onunla fəxr etdiyi vaxt Pakistanda Taliban xəbərdarlıq edib ki, Yusifzal vətənə qayıtsa, asılacaq.

2012-ci ildə talibançılar onu məktəbə getdiyinə görə başından güllə vurmuşdu. O vaxtdan o xaricdə müalicə olunurdu, onun başında dəfələrlə əməliyyat olunub.

Ancaq Wall Street Journal qəzeti yazır ki, təhlükələrə baxmayaraq Yusifzalın uğuru Pakistanda böyük ruh yüksəkliyi yaradıb. Ullah adlı 23 yaşlı tələbə deyir ki, “əlində silah olan yaşlı kişilər Talibana söz deyə bilmədiyi vaxt yeniyetmə qız olan Malala danışmağa başladı. Və danışmaqda davam edir. Bu, heyranlıq doğurur”.

Ancaq bədbin düşünənlər də var. Malalanın doğma şəhəri olan Mingorada yerli biznesmen Ameen Alam deyir: “Malala hələ uşaqdır. O nə edə bilər? Mən ona görə narahatam”.

BİRİNCİ LEDİ

Əfqanıstanın birinci ledisi Rula Ghani qadınların cəmiyyətdəki rolunu gücləndirmək istəyir.

Los Angeles Times qəzeti yazır ki, Əfqanıstanda son 100 ildə ilk dəfədir ki, ölkə liderinin xanımı tutduğu vəzifədən istifadə edib , cəmiyyətdə qadının mövqeyini yüksəltmək istəyir.

Rula Ghani yeni Əfqanıstan prezidenti Ashraf Ghaninin xanımıdır. O vurğulayır ki, “Mənim dinim amil deyil”.

Rula Ghani xristiandır. O, Livanın maronit xristianlarındandır.

Jurnalist təhsili olan Rula Ghani bildirir ki, o, “öz həyatını yaxşılaşdırmaq istəyən hər bir qadına dəstək vermək istəyir. O istəyir ki, öz həyat səviyyəsini yüksəltmək istəyən hər bir qadın dəstək alsın”.

Taliban hakimiyyətdən gedəndən cəmiyyətdə qadınlar xeyli uğur qazanıb. Parlamentdəki deputatların 28 faizi qadınlardır. Ancaq kənd yerlərində qadınlar hələ də hüquqsuzdur.

Rula Ghani 1970-ci illərdə Əfqanıstanda, Kabildə yaşayıb, o, Əfqanıstan ailələrinin necə yaşadığını yaxşı bilir.

Ancaq Ashraf Ghaninin prezident seçkilərində rəqibi olan Abdullah Abdulahın müavini olan Mohammad Mohaqeq deyir ki, Rula müsəlman cəmiyyətində xaricidir.

Bəlx regionunun qubernatoru Atta Mohammad Noor isə hesab edir ki, prezident Asharf Gahninin özünün “dindən xəbəri yoxdur”. “Onun uşaqları və xanımı müsəlman deyil”.

Livanda ərəb, fransız, ingilis dillərində danışılan ailədə böyüyən Rula deyir ki, bu, ona Əfqanıstana tez uyğunlaşmağa imkan verir. Məsələn, “əfqanlar görəndə ki, mən ərəbcə danışıram, onlar düşünürlər ki, mən, Quranın dilində danışıram”.

Bundan başqa, Rula Əfqanıstanda iki ən çox yayılmış dildən biri olan darini çox tezliklə öyrənib.

Rula deyir ki, “Allah məni xristian ailədə yaratdı. Xristian livanlının əfqanla ailə qurması hər gün olan hadisə deyil. Məncə, burda da Allahın iradəsi var.” Rula hesab edir ki. bütün bunlar təsadüfi deyil. Bununla onun üzərinə böyük məsuliyyət düşür. O birinci lediliyindən istifadə edib, bu vəzifəni yerinə yetirməlidir.

ƏSİRLİKDƏN QAÇANLAR NƏ DEYİR?

Human Rights Watch yazır ki, İslam Dövləti yaraqlılarının əsirliyindən qaçan 16 yezidi kürdün – 2 kişi, 7 qadının və 7 qızın bildirdiyinə görə, İslam Dövləti yaraqlıları tutduqları qızları, qadınları, uşaqları və kişiləri ayırırlar. Onların qızları zorla əsgərlərə ərə getməyə məcbur edirlər, oğlan uşaqlarına zorla islamı qəbul etdirirlər.

Human Rights Watch yazır ki, təşkilatın şəxsən söhbət etdiyi qadınların heç biri islamçı yaraqlıların onları zorladığını deməyib. Ancaq onlardan 4-ü deyib ki, başqa qadınlar və qızlar onlara əsirlikdə zorlandıqlarını deyiblər.

Bir qadın bildirib ki, İslamçı yaraqlıların bir qızı satın aldığını görüb. Bir yeniyetmə qız ona deyib ki, onu 1000 dollara aldılar.

Əsirlikdən qaçan 28 yaşlı Heydər adlı kürd deyir ki, o, 14 oğlanın əsirlərdən ayrıldığını gördü. Onların yaşı 8-dən 12-yə kimi idi. Uşaqların böyük qardaşları soruşublar ki, onları hara aparırsınız? Cavab veriblər ki, “narahat olmayın, onların yedirdəcəyik və qayğılarını çəkəcəyik”.

Heydər deyib ki, ona islamı qəbul etdiriblər. O, 200 Yezidi kürdün kütləvi mərasimdə zorla islamı qəbul etdiyini görüb. O deyir ki, kürdlər ağlayırdı. Onlar bizdən soruşurdular ki, İslamı qəbul etməsələr, nə olacaq?

Heydər deyir: “Təbii ki, biz səsimizi çıxartmırdıq, çünki kim ki, islamı qəbul etməsə, onlar onu öldürməli idi”.

QƏZZA İSTƏDİYİNDƏN AZ ALDI

Qəzzanın bərpası üzrə donor konfransda iştirak edən ölkələr brlikdə 5,4 milyard dollar verməyə razı oldular, ancaq şərt qoydular ki, Həmasla İsrail arasında vaxtaşırı qızışan münaqişə diplomatik həllini tapsın. Verilən pul da Fələstin lideri Mahmud Abbasın istədiyi 8,5 milyarddan azdır.

Ən çoxc pul vəd edən Qətərdir – 1 milyard dollar.

New York Times qəzeti yazır ki, bu, Qətərin Qəzzada daha böyük rol oynamaq istəməsindən xəbər verir.

Qətərlə regiona nüfuz uğrunda mübarizə aparan BƏƏ 200 milyon dollar vəd edir.

Qəzet onu da yazır ki, Qətər və Türkiyə Həması dəstəkləyir.

Avropa Birliyi 568 milyon, ABŞ 212 milyon dollar verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG