Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:46

Pakistanın baş naziri Malalanın təltif mərasiminə gedə bilməyəcək


Malala Yousafzai,Nobel sülh mükafatıçısı

Malala Yousafzai,Nobel sülh mükafatıçısı

Pakistanın baş naziri Nawaz Sharif-in köməkçisi deyir ki, Sharif Nobel sülh mükafatının təqdimat mərasiminə qatıla bilməyəcək. Mükafat pakistanlı yeniyetmə fəal Malala Yousafzai və hindistanlı hüquq müdafiəçisi Kailash Satyarthi-yə verilib.

Uşaqların təhsil hüquqları uğrunda kampaniya aparan Malala, dekabrın 10-da Osloda keçiriləcək tədbirə qatılmaq üçün Sharif və Hindistan baş naziri Narendra Modi-ni çağırıb.

Sharif-in xarici işlər üzrə müşaviri Sartaj Aziz oktyabrın 12-də AzadlıqRadiosuna deyib ki, həmin gün Sharif Çinə rəsmi səfər edəcək.

Hindistan xarici işlər nazirliyi açıqlama verməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG