Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:49

Suriyada gürcü «cihadçı» ölüb


İŞİD yaraqlıları
İŞİD yaraqlıları

-

Gürcüstanın Pankisi dərəsindən daha bir nəfər Suriyada həlak olub. O, İslam Dövləti yaraqlıları ilə birgə vuruşurdu.

Gürcü rəsmiləri oktyabrın 13-də jurnalistlərə deyib ki, 22 yaşlı Guram Gumashvili bu yaxınlarda Kobani uğrunda döyüşlərdə ölüb.

Gumashvili-nin qohumlarının dediyinə görə, Guram Türkiyədə əməkçi miqrant kimi işləyib və onun Suriyaya nə vaxt getməsindən xəbər tutmayıblar.

Gumashvili Pankisinin İŞİD uğrunda ölən yeddinci sakinidir.

Məlumatlara görə, Pankisidən 100-dək şəxs Suriyada cihadçı kimi vuruşur. Pankisi Rusiyanın Şimali Qafqaz regionu ilə sərhəddir.

XS
SM
MD
LG