Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

Əfqanıstan polisində “ölü can”lara maaş verilibmiş


Birləşmiş Ştatlar BMT-nin İnkişaf Proqramının (UNDP) Əfqanıstan Milli Polisinə ödənişlər zamanı pozuntulara yol verməsindən narahatlığını bildirib. Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttiş 2 məktub yayıb. Həmin məktublarda Vaşinqton pozuntulardan narahatlığını bildirir.

Belə ki, 23.8 milyon dollar “pensiya tutulması” adıyla xərclənib. Polisin maaşından digər şübhəli tutulmalara da yol verilib, eləcə də “ölü canlar”a ödənişlər olunub.

2002-ci ildən Birləşmiş Ştatlar və digər donor ölkələr bu fonda 3.17 milyon dollar yatırıblar.

UNDP cavab məktubunda bildirib ki, fondla bağlı məsuliyyətindən “kənar” çıxıb, narahatlığını Əfqanıstan hökumətinə bildirib və ödəniş məsələlərinin araşdırılması üçün işçi qrup yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG