Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 20:09

Fərhad Məmmədbəyovun ifadələri…


MTN rəsmisi ibtidai istintaq zaman heç kimə təzyiq edilmədiyini bildirir
MTN rəsmisi ibtidai istintaq zaman heç kimə təzyiq edilmədiyini bildirir

Sentyabrın 25-də Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfərin məhkəmə prosesi davam etdirildi. Təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadələrilə ibtidai istintaqdakı ifadələri o qədər ziddiyyət təşkil etdi ki, dövlət ittihamçısı məhkəmədən iş materiallarının 9 cildi üzrə müəyyən hissələrin araşdırılmasını xahiş etdi. Söhbət bu iş üzrə təqsirləndirilən Fərhad Məmmədbəyovun ifadələrindəki ziddiyyətlərdən gedirdi.


Fərhad Məmmədbəyov həmin ziddiyyətləri ibtidai istintaqda ona təzyiq edilməsi ilə əlaqələndirdi. Amma o, konkret hansı təzyiqlər olduğunu bildirmədi. Təkcə onu qeyd etdi ki, yazılanları imzalamaq istəməyəndə hansı təzyiqlərin edildiyini yalnız oraya düşənlər bilər. Fərhad Məmmədbəyov iddia edir ki, ibtidai istintaq zamanı ifadələrin alınması və protokolların imzalanmasında vəkili iştirak etməyib. Müstəntiqlər isə hər şeyi öz bildikləri kimi yazıblar.


Hüquq müdafiəçisi Çingiz Qənizadə də bildirir ki, istintaq dövründə təzyiqlər əsasən fiziki, psixoloji, mənəvi və s. xarakter daşıyır
Bu işdə təqsirli bilinən DİN Baş Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılovun suallarını cavablandırarkən isə Məmmədbəyov ümumiyyətlə ona qarşı irəli sürülən 15 ittihamdan yalnız bir epizod üzrə özünü təqsirli bildiyini dedi.


Adil İsmayılov: «İstintaq dövründə sizə çoxsaylı cinayətlərdə iştirak etməniz barədə ittiham verilib. Siz özünüz konkret deyə bilərsinizmi həmin ittihamların hansı ilə razısınız? Elə iş olubmu ki, ümumiyyətlə olmadığınız halda adınız ora salınıb?»


Fərhad Məmmədbəyov: «Mən öz çıxışımda da dedim, orada bir «taksi» epizodu var, mən yalnız onda öz iştirakımı inkar etmirəm».


Azərbaycanda istintaq zamanı təzyiqlərin olması ilə bağlı ittihamlar həmişə səslənir.


Hüquq müdafiəçisi Çingiz Qənizadə də bildirir ki, istintaq dövründə təzyiqlər əsasən fiziki, psixoloji, mənəvi və s. xarakter daşıyır. Hətta təqsirləndirilən şəxsin ailə üzvlərinin təhlükə altında olduğunu bildirmək yolu ilə də təzyiq edilməsi halları olur. Ancaq Fərhad Məmmədbəyovun da məhz bu cür təzyiqlər altında ifadə verib-vermədiyi araşdırılmalıdır.


Əksər ittihamlarda göstərilir ki, belə təzyiqlər təqsirləndirilən şəxsdən həqiqəti yox, lazım olan ifadəni almaq məqsədi daşıyır. Amma, vəkil Adil İsmayılovun sözlərinə görə isə ifadələrdəki ziddiyyət təkcə müstəntiqlərin təzyiqlərinin nəticəsi yox, təqsirləndirilən şəxsin özünün prosesi başqa istiqamətə yönəltmək istəyindən də baş verə bilər.


Adil İsmayılovun bildirir ki, ifadələrdəki ziddiyyət təkcə müstəntiqlərin təzyiqlərinin nəticəsi hesab edilə bilməz

Yəni, təqsirləndirilən adam əsil günahkarın yerinə başqasını həbsxanaya saldırmağa çalışdığı üçün də istintaqda bir, məhkəmədə başqa sözlər deyə bilər. Əlbəttə ki, həmin şəxslər də vəziyyətdən çıxmaq üçün ibtidai istintaqda təzyiq altında ifadə verdiklərini deyirlər.


İşin istintaqını aparmış MTN-nin rəsmisi Arif Babayev isə deyir ki, hər hansı istintaq zamanı MTN ilk növbədə insan hüquqlarının pozulmamasına nəzarət edir. Hacı Məmmədovun dəstəsinin istintaqı dövründə də bu ənənəyə riayət olunub. Həmin vaxt təqsirləndirilən şəxslərin heç biri təzyiqlərlə bağlı istintaq orqanlarına müraciət etməyiblər.


Ötən məhkəmə iclaslarında da istintaqı aparmış müstəntiqlərin təzyiqlərindən bəhs edilmişdi və bəzi vəkillər müstəntiqlərin şahid qismində prosesə dəvət olunmalarını məhkəmədən xahiş etmişdi. Hələlik hakim onların bu istəyini yerinə yetirmir. Amma hansısa ifadənin təzyiq altında verildiyi və ya məqsədli şəkildə inkar edildiyi məhkəmə araşdırılmasında müəyyən edilməlidir. Amma, problem ondadır ki, bu məhkəmənin də obyektiv qərar çıxaracağına indidən şübhələr səslənir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG