Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:45

Hacı Məmmədovla Fərhad Əliyev üzləşdirilib


Hacı Məmmədov və Fərhad Əliyev sentyabrın 22-də üzləşdirilib
Hacı Məmmədov və Fərhad Əliyev sentyabrın 22-də üzləşdirilib
İstintaq orqanı keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə DİN-in keçmiş əməliyyat müvəkkili Hacı Məmmədovun üzləşməsiylə bağlı məlumat verməmək haqda vəkillərdən iltizam alıb.

Fərhad Əliyevin vəkili Adil İsmayılov üzləşmənin necə keçməsi haqqında məlumat verməsə də, bildirdi ki, üzləşmə nəticəsində o, Hacı Məmmədovun dediklərinin doğru olmadığı qənaətinə gəlib:


«Üzləşməylə bağlı bizdən iltizam aldılar, istintaq sirri olduğundan, bu haqda danışmaq istəmirəm. Ancaq mənim qənaətim bu oldu ki, Hacı Məmmədovun dedikləri başdan-ayağa yalandır».


Hacı Məmmədovun vəkili Səməd Əliyev də üzləşməylə bağlı danışmaq istəmədi.


Hacı Məmmədov və Fərhad Əliyev «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı sentyabrın 22-də üzləşdirilib. Üzləşmə 5 saat çəkib, axşam saatlarınadək davam edib.


Hacı Məmmədov iyulun 25-də məhkəmədə verdiyi ifadədə Elmar Hüseynovun onun rəhbərlik etdiyi dəstə tərəfindən Fərhad Əliyevin sifarişi ilə qətlə yetirildiyini bildirib. Sabiq nazir isə bu ittihamın absurd olduğu barədə bəyanat verib.


Hacı Məmmədov və onun rəhbərik etdiyi dəstənin məhkəmə prosesi sentyabrın 25-də davam edəcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG