Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Aslanbek Çintamirov: «Jurnalistin öldürülməsini də mənim boynuma qoymaq istədilər»


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi davam edir. Sentyabrın 14-ü dövlət ittihamçısı Bəşir Cəfərov təqsirləndirilən Aslanbek Çintamirova istintaqa verdiyi ifadə əsasında suallar ünvanladı. Aslanbek Çintamirov istintaqa verdiyi ifadələrin düzgün olmadığını, ifadə alınan zaman müstəntiqlər tərəfindən təzyiqlərə məruz qaldığını bildirdi. «Nəyi necə deyəcəyimi müstəntiqlər mənə əvvəlcədən deyirdilər. Onlar nə deyirdilərsə, mən də onu edirdim. Sonda da bütün ifadələrə imza atırdım», – deyə Aslanbek Çintamirov suallara cavab verərkən dedi. Aslanbek Çintamirovun «Jurnalistin öldürülməsi cinayətini də mənim boynuma qoymaq istədilər, amma sonra məndən əl çəkdilər» ifadəsinə isə nə hakim, nə təqsirləndirilən şəxslər və onların vəkilləri, nə də dövlət ittihamçısı heç bir reaksiya vermədi. Aslanbek Çintamirov daha sonra təqsirləndirilən Ədalət Əsədullayev, Nişad İsmayılov və Hüseyn Abdulvahabovun suallarını cavablandırdı.


Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir.


XS
SM
MD
LG