Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:20

Girov götürülən azərbaycanlıların ailələri Putinə müraciət etdi


Kəlbəcərdə tutulan Dilqəm Əsgərov
Kəlbəcərdə tutulan Dilqəm Əsgərov

-

Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin ailə üzvləri Rusiya prezidenti Vladimir Putin və bu ölkənin Azərbaycandakı səfirinə müraciət ediblər.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, müraciət müəllifləri Rusiya prezidentindən adı çəkilən şəxslərin girovluqdan azad edilməsini xahiş ediblər.

Dilqəm Əsgərov və onun həyat yoldaşı Albina Veysəlova Rusiya vətəndaşları olduğundan onların pasportlarının surəti də müraciətə əlavə olunub.

Bir neçə gün bundan əvvəl Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dorochin Kəlbəcərdə baş vermiş insident zamanı tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşının olmadığını bildirib.

İyulun 11-də Ermənistan mətbuatı işğal altında olan Kəlbəcər rayonu ərazisində 3 azərbaycanlının girov götürüldüyü barədə məlumat yayıb. Ermənistan rəsmiləri həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olduğunu bəyan ediblər. Amma Azərbaycanın Müdafiə Nazirliyi məlumatı təkzib edib və orduda belə şəxslərin xidmət etmədiyini bildirib. Azərbaycan tərəfi həmin şəxslərin Ermənistan silahlı qüvvələrinin işğalı altında olan öz doğma yurdlarını, oradakı yaxınlarının məzarlarını ziyarət üçün getdiklərini bildirib.

Bu arada ötən gün girovluqda saxlanan Şahbaz Quliyevlə Dilqəm Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsi ilə ailələrinə məktub göndərib, vəziyyətlərinin normal olduğunu bildiriblər. Öldürülən Həsən Həsənov isə Dağlıq Qarabağda dəfn edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG