Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:28

Erməni hüquq müdafiəçisi Kəlbəcərdə girov götürülən azərbaycanlıların ailəsindən üzr istəyir


Georgi Vanyan
Georgi Vanyan

-

«Bu cür kəskin və heç bir ümid verməyən bəyanatlara görə mən Dilqəm Əsgərovun, eləcə də Şahbaz Quliyevin doğmalarından və yaxınlarından üzr istəyirəm. İnanıram ki, hələ gec deyil və Azərbaycan prezidentinin səyləri girovların taleyini müsbət həll edə bilər».

Bunu Kəlbəcərdə girov götürülən azərbaycanlılar barədə aktual.az saytının sorğusuna cavab olaraq Ermənistanın hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan deyib.

Sayt bildirir ki, hüquq müdafiəçisi rəsmi şəxslərin bəyanatları da daxil olmaqla, Ermənistanın, «Dağlıq Qarabağ Respublikası»nın informasiya məkanını «Putin casuslarının fəaliyyət meydanı» adlandırıb:

«Burda nə siyasət, nə də maraqlar var. Girovların məsələsi isə dalana dirənmiş haldadır. İndiki vəziyyətdə mən vətəndaş səviyyəsində hüquqların müdafiəsi, həmçinin obyektiv araşdırma üçün heç bir imkan görmürəm».

İyulun 11-də Ermənistan mətbuatı işğal altında olan Kəlbəcər rayonunda üç Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Yayılan məlumatlarda həmin şəxslər Azərbaycan ordusunun təxribatçıları olduğu bildirilib. Azərbaycanın Müdafiə Nazirliyi isə adıçəkilən şəxslərin orduda xidmət etmədiyini bildirib. Həmin şəxslərin ailə üzvləri və yaxınlarının dediyinə görə, Ermənistan ordusunun girov götürdüyü Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov Kəlbəcərə öz doğma yurdlarını və orda olan yaxınlarının məzarlarını ziyarət üçün gedibmişlər.

XS
SM
MD
LG