Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:16

BQXK kəlbəcərli girovlarla görüşüb


Kəlbəcərdə tutulan Dilqəm Əsgərov
Kəlbəcərdə tutulan Dilqəm Əsgərov

-

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunda girov götürdüyü Dilqəm ƏsgərovŞahbaz Quliyevlə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova apa-ya bildirib ki, görüş zamanı hər iki şəxsdən ailəsinə çatdırılması üçün məktub alınıb.

Ermənistan bu ay Kəlbəcərdə azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Daha bir azərbaycanlı – Həsən Həsənov öldürülüb.

İşğalçılar iddia edir ki, hər üç şəxs Kəlbəcərə iyunun 29-da Azərbaycan kəşfiyyatının tapşırığı ilə keçib şpionluqla məşğul olublar.

Dilqəm Əsgərov və Şahbaz Quliyevə 17 yaşlı ermənini oğurlayıb öldürmək ittihamı da irəli sürülüb.

İddia olunur ki, Həsən Həsənov iyulun 11-i Kəlbəcərdə bir ermənini öldürüb, birini yaralayıb və özü də həlak olub. İyulun 24-də Həsən Həsənovun öldüyü rəsmən təsdiqlənib.

XS
SM
MD
LG