Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:13

Qızıl Xaç Komitəsi kəlbəcərli girovların saxlandığı yeri açıqlamır


Kəlbəcərdə tutulan Dilqəm Əsgərov
Kəlbəcərdə tutulan Dilqəm Əsgərov

-

Beynəlxalq Qızıl Xaç Komitəsi Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı müzakirələr aparıldığını bildirir.

Bu barədə Media forum saytına iyulun 25-də qurumun Azərbaycandakı nümayəndəliyinin sözçüsü İlahə Hüseynova məlumat verib:

«Saxlanan şəxslərə baş çəkmək Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatında var. Hazırda komitə saxlanan şəxslərə baş çəkmək və həlak olan azərbaycanlının meyitinin geri qaytarılması ilə bağlı müzakirələr aparır».

Girov götürülmüş şəxslərin harada saxlanmasına gəlincə, İlahə Hüseynova bunları deyib:

«Müəyyən məlumatlar var ki, adətən biz onu ictimailəşdirmirik. Bu məlumat da onlardan biridir».

İyulun 11-də Ermənistan mediası işğal altında olan Kəlbəcər rayonunda üç azərbaycanlının girov götürülməsi ilə bağlı məlumat yayıb. Həmin şəxslərin Dilqəm Əsgərov, Şahbaz QuliyevHəsən Həsənov olduğu bildirilib. Sonuncunun öldürüldüyünü bəyan edən Ermənistan rəsmiləri həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olması iddiasını irəli sürüblər.

Amma Azərbaycanın Müdafiə Nazirliyi adıçəkilən şəxslərin orduda xidmət etmədiyini bildirib. Yaxınları isə deyirlər ki, Kəlbəcərdə girov götürülən şəxslər Ermənistanın işğalı altında qalan öz doğma torpaqlarına ziyarət üçün gediblər.

XS
SM
MD
LG