Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:26

Hərbi əməliyyatların beşinci günü – ölən fələstinlilərin sayı 120-ni keçib


İsrailin hava hücumu - 7 iyul 2014

İsrailin hava hücumu - 7 iyul 2014

-

İsrailin Qəzza sektoruna hücumu beşinci gündür davam edir. Ölən fələstinlilərin sayı 121-ə çatıb.

İyulun 12-də İsrail aviasiyası Qəzza və Cəbaliyə şəhərlərindəki məscidlərin ətrafına zərbələr endirib. 7 nəfər ölüb.

İsrail Fələstin döyüşçülərini ibadət yerlərindən raket atmaqda, bununla da mülki şəxsləri risk altına qoymaqda ittiham edir.

İsrailin baş naziri Benjamin Netanyahu beynəlxalq təzyiqlərə baxmayaraq deyib ki, Qəzzadan atılan raket hücumlarına son qoyulana qədər hərbi əməliyyatlar davam edəcək.

İsrail ordusunun məlumatına görə, əməliyyat başlayandan 1000-dən çox hədəf vurulub. Fələstin döyüşçüləri Qəzzadan İsrailə 700-dən artıq raket buraxıblar. İndiyə qədər İsrail tərəfindən ölən olmayıb. İyulun 11-də iki israilli ağır yaralanıb.

ABŞ VASİTƏÇİLİK TƏKLİF EDİR

İsrail hərbi əməliyyatlara 5 gün əvvəl başlayıb, ehtiyatda olan 20 mindən çox hərbçini səfərbər edib. Bu da quru əməliyyatları başlamaq ehtimallarını artırır.

Ötən həftə İsrail ekstremistləri fələstinli gənci öldürəndən sonra bölgədə gərginlik artıb. Həmin gəncdən öncə üç israilli yeniyetmə oğurlanaraq qətlə yetirilmişdi. İsrail buna görə «Həmas»ı ittiham edib.

Ağ Evin məlumatına görə, prezident Barack Obama Vaşinqtonun atəşkəsə kömək etmək niyyətində olduğunu bildirib. Küveyt isə ərəb ölkələrinin xarici işlər nazirlərini gələn həftənin əvvəlində təcili görüş keçirməyə çağırıb.

BMT-nin ali insan haqları komissarı Navi Pillay mülki əhali arasında tələfatın həddən artıq çox olduğunu bildirib. Buna görə o, İsrailin hava hücumlarının qanuniliyini şübhə altına alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG