Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:28

Obama İsrailə deyir ki, ABŞ atəşkəs üçün vasitəçiliyə hazırdır


Arxiv foto: Barack Obama və Benjamin Netanyahu

Arxiv foto: Barack Obama və Benjamin Netanyahu

ABŞ prezidenti Barack Obama İsrailin baş naziri Benjamin Netanyahu-ya deyib ki, Vaşinqton İsraillə Həmas hərəkatı arasında atəşkəs üçün danışıqlar aparmaq istəyir. Obama Netanyahu ilə iyulun 10-da danışıb. Bu arada İsrail raket hücumunu əngəlləmək üçün Qəzza zolağına hava hücumunu gücləndirib.

Ağ Evin məlumatına görə, Obama raket hücumlarını pisləyib, deyib ki, İsrailin özünü müdafiə hüququ var. Ancaq Obama hər iki tərəfi böhranı dərinləşdirməməyə, sakitliyi bərpa etməyə çağırıb.

Öncə BMT-nin baş katibi Ban Ki-moon BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib ki, tərəflər dərhal atəşkəsə razılaşmalıdırlar.

İsrail iyulun 7-də Qəzzaya hava hücumlarını başladandan 80-dən çox fələstinli ölüb. İsrail Həmasın raket atəşinə cavab verdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG