Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:35

-

«Beynəlxalq təzyiqlərə baxmayaraq Qəzza istiqamətində hərbi əməliyyatları davam etdirəcəyik».

İsrailin baş naziri Benjamin Netanyahu belə deyib.

Netanyahu bildirib ki, «heç bir beynəlxalq təzyiq terrorçuları vurmağımıza mane ola bilməz».

İsrailin son hərbi əməliyyatları nəticəsində 100-dən artıq dinc fələstinli öldürülüb, 675-dən artıq adam yaralanıb.

İsrail Quru Qoşunlarının komandiri Benny Gantz BBC-yə deyib ki, ehtiyac olsa, hərbi əməliyyatlar genişləndiriləcək:

«Qəzzanın İsrailə qarşı güc tətbiq etmək qərarının böyük səhv olduğunu düşünürəm».

ABŞ prezidenti Barack Obama Netanyahu ilə telefon danışığında atəşkəs elan olunmasının vacibliyini bildirib. Obama deyib ki, «2012-ci ilin noyabrında əldə olunan atəşkəs razılaşmasının bərpası üçün ABŞ əlindən gələni etməyə hazırdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG